“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”Dünən –aprelin 24-də Laçın yolundan(yəqin ki, “Laçın” sərhəd-keçid məntəqəsi nəzərdə tutulur-S.L.) Rusiya bayrağı götürülüb.

Moderator.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni bürosu(“Azatutyun”) məlumat yayıb.

“Video-görüntülərə görə, Rusiya “sülhməramlı” qoşunları 9 noyabr(10 noyabr-S.L.) bəyanatında nəzərdə tutulan müddətdən bir il yarım tez, əhalisi köçmüş(könüllü!-S.L.) artsaxı(Yuxarı Qarabağı-S.L.) tərk etməyə davam edir .

Moskvanın buna necə, nə vaxt və nəyə görə razılaşdığı hələ məlum deyil, yalnız aydındır ki, qoşunların çıxarılması elan edildikdən bir neçə gün sonra Azərbaycan prezidenti Rusiya prezidenti ilə görüş üçün Moskvaya səfər edib. Putinlə qapalı danışıqların ertəsi günü Bakıya qayıdan Əliyev bir daha vurğulayıb ki, Ermənistan Naxçıvanla əlaqə yaratmaq üçün Azərbaycana yol verməli və həmin yola Rusiya sərhədçiləri nəzarət etməlidir.

“Bu sənəd Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil... Ermənistan baş nazirinin imzası var idi və buna hörmət edilməlidir”, - deyə o bildirib.

Elə həmin gün Putin və Əliyevin görüşü zamanı Rusiyanın xarici işlər naziri Rusiyanın Cənubi Qafqazdakı maraqlarına həsr olunmuş xüsusi iclas keçirib və “üçtərəfli sazişlərin tam icrası” məsələsini vurğulayıb”,- xəbərdə belə deyilir.
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib
20 Noyabr 2024 ADY sədrinin müşaviri COP29 çərçivəsində dəmiryol nəqliyyatında dayanıqlı təşəbbüslərdən danışdı
20 Noyabr 2024 Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
20 Noyabr 2024 İlham Əliyevdən yüksək vəzıfəyə TƏYİNAT
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib

Xəbər lenti