Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUALAzərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Bakıda noyabr ayında İqlim dəyişikliyi ilə bağlı beynəlxalq tədbirin keçirildiyi günlərdə dünyada müharibələrin dayandırılması təklifinin müzakirə edildiyini bildirib. Adətən olimpiya oyunları günlərində müharibələrin dayandırılması çağırışı edilir. Hikmət Hacıyev bununla bağlı müzakirələrin və məsləhətləşmələrin aparıldığını deyib.
Müharibə aparan ölkələr Azərbaycanın çağırışını eşitsələr bu hamı üçün faydalı olar. Digər tərəfdən bu Bakıda keçirilən konfransın əhəmiyyətini artırar, diqqət iqlim böhranı, ərzaq və su çatışmazlığı kimi problemlərin müzakirəsinə yönələr. Əslində söhbət iki – Rusiya-Ukrayna və İsrail-Həmas müharibəsinə ara verilməsindən gedir. Birinci müharibə iki ildən çoxdur davam edir və toqquşmaların bu il də davam etməsi ehtimalı yüksəkdir. İsrail Qəzzada apardığı müharibənin isə noyabr ayında qədər bitməsi ehtimalı az da olsa var. Deməli, əsas müzakirə Moskva və Kiyevlə getməlidir ki, noyabr ayında iqlim dəyişikliyi ilə bağlı konfrans günlərində müharibəyə ara versinlər. Ukrayna prezidenti Volodimir Zelenskinin noyabr ayında Bakıdakı konfransda iştirakı mümkündür. Zelenskinin Bakıya gəlişi Rusiya-Ukrayna müharibəsinin gedişatından asılı olacaq. Ancaq əgər Volodimir Zelenski Bakıda olacaqsa, Kiyev Bakının çağırışına uyğun müharibəyə bir müddət ara verə bilər. Kreml Bakının təklifini qəbul edəcəkmi – bunu söyləmək çətindir, çünki Rusiya hücumu genişləndirməyə və işğal ərazisini böyütməyə çalışır.
Xatırlatmaq yerinə düşər ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi Çində yay olimpiya günlərinə təsadüf etmişdi. Yəni olimpiada müharibəyə mane olmadı. Bakıda konfrans günlərində müharibələr dayandırılmasa belə, tədbirə qədər Azərbaycanla Ermənistan arasında sülh və ya çərçivə sazişinin imzalanması əhəmiyyətli olacaq.

Elxan Şahinoğlu
25 Aprel 2025 Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
25 Aprel 2025 Prezident Kaya Kallası qəbul etdi - Foto
25 Aprel 2025 “Çin Zəngəzur dəhlizini dəstəkləyir, Qərbin oyunlarını isə ifşa edir”
24 Aprel 2025 Konstitusiya ilə bağlı dəyişiklik və əlavələr edilməlidir - Vitse-spiker
24 Aprel 2025 Casus şəbəkəsinə sülh sazişi ilə paralel xitam veriləcək - Deputat
24 Aprel 2025 Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
24 Aprel 2025 İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar - Video
24 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb
23 Aprel 2025 Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev
23 Aprel 2025 Çin liderinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
23 Aprel 2025 Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
23 Aprel 2025 Naxçıvan şəhəri ilə Çinin Urumçi şəhəri qardaşlaşır
23 Aprel 2025 Pekində Azərbaycan-Çin sənədləri imzalandı - Fotolar
23 Aprel 2025 Ərdoğandan Azərbaycan və Pakistanla bağlı ŞOK ANONS: üçümüz BAŞLAYIRIQ, türk ordusu İNQİLABA GEDİR
23 Aprel 2025 Prezident Çində belə qarşılandı - Video
23 Aprel 2025 Əliyev Qafqazda "Çin səddi" çəkir: Qərbin regiona "pəncərə"si tam qapanır
23 Aprel 2025 İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
22 Aprel 2025 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalanıb
22 Aprel 2025 İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
22 Aprel 2025 "Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə davam edir"

Xəbər lenti