Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldıXankəndidə keçmiş qondarma rejimin tikdiyi bəzi binalar – "parlament binası", Ermənistan Respublikasının Könüllülər İttifaqı ("Yerkrap") və s. bir müddət əvvəl sökülüb. Mütəxəssislər Xocalı hava limanının da məhv olmuş xunta rejiminin saxta gerbindəki qartal təsvirinin formasında tikildiyini, həmçinin "Nənə və Baba" heykəlinə bənzədiyini bildirirlər. Onlar bunu əsas gətirərək, həmin hava limanının da sökülməsinin zəruri olduğunu qeyd edirlər.

Əslən Xocalıdan olan deputat Elman Məmmədov Globalinfo.az-a açıqlamasında xatırladıb ki, sovet dönəmində ermənilərin Xankəndinin girişində tikdikləri heykələ görə Azərbaycan rəhbərliyi öz etirazını bildirmişdi.

"O heykəli Qarabağda məqsədli şəkildə tikiblər ki, oranın erməni torpağı olduğunu iddia edə bilsinlər. O "abidə" də digər binalar kimi cəhənnəmə vasil olmalıdır. Ölkə başçısı hər zaman nəyi nə vaxt edəcəyini yaxşı bildiyini deyir. Yəqin ki, o heykəlin də söküləcəyi zaman gələcək. Onun yerində tarixi Azərbaycan türk torpağı olduğu üçün özümüzə məxsus möhtəşəm abidə ucaldılmalıdır".

Deputat deyib ki, Xocalı hava limanı işğal dövrü ərzində erməniləşdirilib:

"Separatçılar onu da özlərinə sərf edən kimi düzəldiblər. Xocalı aeroportu 1970-ci illərdə inşa edilib. Lakin orada müxtəlif məqsədlər üçün AN-2 ("Kukuruznik") təyyarələri uçurdu. Bakıdan Xocalıya, Xocalıdan İrəvana gedirdi. Bundan başqa, kənd təsərrüfatı məqsədilə istifadə olunurdu. Amma Heydər Əliyev Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci katibi olduğu zaman – 1975-ci ildə onun rəhbərliyi altında Xocalı hava limanı müasir formada quruldu. Bu, işğal dövrünə kimi davam edirdi. Artıq torpaqlarımız ermənilər tərəfindən işğal olunduqdan sonra düşmən bizə məxsus hava limanını sökərək, erməni nişanələri ilə tikdilər. Bu günlərə qədər Xocalı aeroportu Rusiya sülhməramlılarının yerləşdiyi ərazi idi. Hətta onlar orada kilsə də tikmişdilər. Artıq ruslar da getdi. İnşallah, bundan belə onların sonradan tikdiyi yerlər sökülər və yerində yeni müasir tipli aeroport tikilər".
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
26 Aprel 2025 Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
26 Aprel 2025 İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
26 Aprel 2025 Ərdoğan Azərbaycana səfər edəcək
26 Aprel 2025 Rusiya yeni “erməni lideri” savaşa atır: Erməni kilsəsi Paşinyansız seçki planı qurub
25 Aprel 2025 Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub
25 Aprel 2025 Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
25 Aprel 2025 Prezident Kaya Kallası qəbul etdi - Foto
25 Aprel 2025 “Çin Zəngəzur dəhlizini dəstəkləyir, Qərbin oyunlarını isə ifşa edir”
24 Aprel 2025 Konstitusiya ilə bağlı dəyişiklik və əlavələr edilməlidir - Vitse-spiker
24 Aprel 2025 Casus şəbəkəsinə sülh sazişi ilə paralel xitam veriləcək - Deputat
24 Aprel 2025 Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
24 Aprel 2025 İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar - Video
24 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb
23 Aprel 2025 Bu ərazi Çinə birləşməlidir – İlham Əliyev

Xəbər lenti