Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"Dünən Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin, eləcə də Rusiya Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin, Azərbaycandakı Rusiya səfirliyinin rəsmi nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər. Qonaqlar Rusiya sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra fəxri kürsüyə dəvət olunub və mərasimin proqramı elan edilib.

Tədbirdə əvvəlcə həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev tədbirdə çıxış edib.

Daha sonra Rusiya Quru Qoşunlarının Baş Qərargah rəisi, general-polkovnik Yevgeni Nikiforov çıxış edərək Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyətindən danışıb. Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adından Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularına hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi rəhbərliyinə isə səmərəli birgə əməkdaşlığa və əldə edilmiş anlayışa görə dərin minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi baş tutub. Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Bununla da rus hərbçilərinin Qarabağdakı 4 illik missiyası sona yetib. Lakin bu 4 ildə sülhməramlılar yaddaşlarda heç də yaxşı iz buraxmadılar. Qarabağdakı erməni separatçılarının hamisi rolunda çıxış etmiş rus hərbçilərinin bölgəni tərk etməsi ətrafında AYNA-nın suallarını ehtiyyatda olan polkovnik Şair Ramaldanov cavablandırıb. Hərbçi qeyd edib ki, sülhməramlıların bölgəni tərk etməsi gözlənilən idi:

- Azərbaycan yeni reallıq yaratdı, addımları ilə Rusiyanın sülhməramlılarının bölgədə varlığına səbəb vermədi. Ötən ilin sentyabrında Azərbaycanın Qarabağda separatçı ünsürlərə qarşı keçirdiyi antiterror əməliyyatından sonra rusların ərazilərimizdə xidmət aparmasına ehtiyac qalmamışdı. Bir növ, antiterror əməliyyatı sülhməramlı missiyanın başa çatmasına da zəmin yaratdı və onlar vaxtından əvvəl əraziləri tərk etdilər. Rusiya sülhməramlılarının missiyası Qarabağ bölgəsindəki erməni əhalinin təhlükəsizliyini təmin etmək, onların Azərbaycana inteqrasiyasında köməklik göstərmək idi. Antiterror əməliyyatından sonra isə erməni əhali bölgəni könüllü şəkildə tərk etdi. Onlar Azərbaycanın şərtlərini qəbul etmədilər, vətəndaşımız olmaq istəmədilər və çıxıb getdilər. Bundan sonra isə sülhməramlıların artıq orada işi qalmadı. Nəticədə, dünən sülhməramlılar Xocalıda keçirilən təntənəli tədbirlə yola salındılar.

Çoxları bildirirdilər ki, Rusiya sülhməramlıları bölgədən çıxmayacaq. Hətta Ermənistandakı Rusiya hərbi bazasının Qarabağa köçürüləcəyini iddia edənlər də var idi. Amma Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəqiq siyasəti nəticəsində bu iddiaların əsassız olduğu ortadadır. Prezident incə diplomatik gedişlə sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılmasına nail oldu. Mərhələli, zərgər dəqiqliyi ilə aparılan siyasət Rusiya ilə hansısa qarşıdurma olmadan sülhməramlıların çıxarılması ilə nəticələnmiş oldu.

- Dörd ilə yaxın Qarabağda olan Rusiya hərbçiləri yaddaşlarda necə qaldı?

- Deməzdim ki, xoş xatirələr qoydular. 44 günlük müharibədən sonra Qarabağa yerləşən sülhməramlılar bölgədə qalmış erməni separatçılarına köməkləri ilə yaddaşlarda mənfi iz buraxdılar. Separatçılar Qarabağda separatizmi davam etdirdilər, inteqrasiyaya mane oldular. Onların bu addımlarına sülhməramlılar susqun yanaşdılar. Eyni zamanda, ərazilərimizdə separatçı terrorçular səngərlər qazdılar, bölgəyə Ermənistandan silah-sursat daşıdılar. Rusiya hərbçiləri bunlara nəinki göz yumdular, hətta bəzən yardım da etdilər. Bununla yanaşı, Qarabağda 2021-22-ci illərdə istehsal olunmuş minalar aşkarlandı. Azərbaycan bunu əyani faktlarla nümayiş etdirdi. Həmin minalar təbii ki, 44 günlük müharibədən sonra erməni terrorçular tərəfindən əraziyə gətirilmişdi. Bunların hamısı da sülhməramlıların gözü qarşısında həyata keçirilmişdi. Demək olar ki, həmişə sülhməramlılar Azərbaycana qarşı qərəzli mövqedə dayandılar. Onların pis əməlləri haqqında yüzlərlə fikir söyləmək olar. Dəfələrlə Azərbaycan rəsmi şəkildə Rusiya tərəfinə sülhməramlıların fəaliyyətindən narazı olduğunu çatdırdı. Ona görə də deyə bilmərəm ki, 4 ilə yaxın müddətdə sülhməramlılar missiyalarını layiqincə yerinə yetirdilər.

- Sizcə, Qarabağdan çıxarılan sülhməramlılara Rusiya ordusunda bundan sonra hansı missiya həvalə olunacaq?

- Əlbəttə, bu, Rusiya Müdafiə Nazirliyinin qərarına bağlıdır. Mən deyə bilmərəm ki, onların bundan sonrakı xidməti nə olacaq, hara olacaq. Amma ehtimal var ki, Ukrayna müharibəsində xidmətə cəlb ediləcəklər. Ola bilsin ki, rus əsgərləri Ukrayna cəbhəsinə göndərilsinlər. Yaxud da ki, Rusiyanın başqa xidmət yerlərinə yönləndirilə bilərlər. Yenə deyirəm, bu, Rusiya Müdafiə Nazirliyinin, hərbi komandanlığının verəcəyi qərara bağlıdır.
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü başladı
28 Aprel 2025 Pezeşkian Bakıdadır - Yenilənib
28 Aprel 2025 Pezeşkian Bakıya yola düşdü
28 Aprel 2025 Prezidentdən konfrans iştirakçılarına - Müraciət - Yenilənib
28 Aprel 2025 İran Prezidenti azərbaycanlılar üçün “Heydərbabaya salam”ı dedi - Video
26 Aprel 2025 Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
26 Aprel 2025 Azərbaycan və İsveçrə XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib
26 Aprel 2025 Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
26 Aprel 2025 İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
26 Aprel 2025 Ərdoğan Azərbaycana səfər edəcək
26 Aprel 2025 Rusiya yeni “erməni lideri” savaşa atır: Erməni kilsəsi Paşinyansız seçki planı qurub
25 Aprel 2025 Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub
25 Aprel 2025 Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
25 Aprel 2025 Prezident Kaya Kallası qəbul etdi - Foto
25 Aprel 2025 “Çin Zəngəzur dəhlizini dəstəkləyir, Qərbin oyunlarını isə ifşa edir”
24 Aprel 2025 Konstitusiya ilə bağlı dəyişiklik və əlavələr edilməlidir - Vitse-spiker
24 Aprel 2025 Casus şəbəkəsinə sülh sazişi ilə paralel xitam veriləcək - Deputat
24 Aprel 2025 Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib
24 Aprel 2025 İlham Əliyevin qarşılanma mərasiminə belə hazırlaşdılar - Video
24 Aprel 2025 Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb

Xəbər lenti