“Ermənistan sülhdə maraqlı deyil” - FAKT BUDUR!ABŞ dövlət katibi Antoni Blinken bu gün Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller məsələ ilə bağlı məlumat yayıb.

Bildirilir ki, Blinken davamlı və ləyaqətli sülh sazişi istiqamətində əldə edilən irəliləyişi müzakirə edib və sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki tərəfi gələcək addımlara təşviq edib.

Blinken həmçinin regional əlaqələrin təşviqində sülhün vacibliyini vurğuyıb ki, bu da bütün Cənubi Qafqaz regionuna fayda verəcək bir amildir.

Hazırda ABŞ sülh istəyir və ən qısa zamanda onun bağlanmasına tərəfdar kimi görünür. Amma, eyni zamanda İrəvana təsir imkanları demək olar ki, ya yoxdur, ya da imkanları işə salmır.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cebhe.info”-ya bildirib ki, ABŞ mütləq Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidir:

“Dünən ABŞ dövlət katibi Antoni Blinken NATO-nun Vaşinqtonda keçirilən zirvə görüşündə Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşüb. Bundan əvvəl Antoni Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn həm Ermənistana, həm də Azərbaycana səfər edib.

Təbii ki, Vaşinqton Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olunmasında maraqlıdır. Amma əsas problem budur ki, Ermənistanın özü sülhdə maraqlı deyil. Sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasında və qanunvericilik aktlarında dəyişikliklər etməlidir.

Amma son proseslərdən belə görünür ki, İrəvan bu istiqamətdə bu kimi addımlar atmaq niyyəti yoxdur.

Eyni zamanda Ermənistan hakimiyyəti Azərbaycanla sərhəd ərazilərin delimitasiya və demarkasiya prosesinin Almatı Bəyannaməsinə uyğun aparılmasını tələb edir. Bu isə qalib dövlət olan Azərbaycan üçün qəbuledilməzdir.

Ermənistan tərəfi heç bir irrasionallığa sığmayan şərtlər irəli sürür, manipulasiya ilə məşğul olur. Bu isə sülh prosesinə ciddi əngəl yaradır.

Bunun üçün ABŞ Ermənistana öz şərtlərindən əl çəkmək və konstitusiya dəyişikliklərinə getmək üçün təzyiqlər etməlidir”.
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Xəbər lenti