Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq

Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyalar yaradılacaq.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrin hər birindən bir nümayəndə daxil edilməklə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli Qanununa əsasən müvafiq komissiyalar yaradılacaq.

Komissiyaların üzvlərini təsdiq etmək üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və yerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öz nümayəndələri barədə təkliflərini 5 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etməlidir.

30 Yanvar 2025 Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir
29 Yanvar 2025 Azərbaycanda bələdiyyə seçkisidə ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb - YENİLƏNİB
29 Yanvar 2025 PA rəhbəri də səs verdi - Fotolar
29 Yanvar 2025 Dövlət rəsmiləri seçkiyə qatıldı - Fotolar - Yenilənib
29 Yanvar 2025 İlham Əliyev Si Cinpini təbrik etdi
29 Yanvar 2025 Prezident bu Komitənin tərkibində dəyişiklik etdi - Siyahı
29 Yanvar 2025 Saat 10:00-a olan seçici fəallığı: Ortalama seçici fəallığı 8,38 faiz olub
29 Yanvar 2025 Hikmət Hacıyev bələdiyyə seçkisində səs verdi
29 Yanvar 2025 Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
29 Yanvar 2025 MSK sədri seçicilərə çağırış etdi
29 Yanvar 2025 İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib
28 Yanvar 2025 Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib - VİDEO
28 Yanvar 2025 Baş nazir QƏRAR İMZALADI
28 Yanvar 2025 Bu gün Azərbaycanda “sükut günü”dür
28 Yanvar 2025 Bakının “Dəmir Yumruq” zərbəsi Parisi sarsıdıb: Fransanın nüvə raketlərinin Azərbaycana tuşlanmasına çağırışlar edilir
27 Yanvar 2025 Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişib
27 Yanvar 2025 Prezident Məmməd Musayevlə bağlı sərəncam imzaladı
27 Yanvar 2025 PTX-nin hərbi qulluqçularının maaşları artırılıb
27 Yanvar 2025 Dövlət Agentliyinin hərbi qulluqçularının maaşları artırılıb

Xəbər lenti