|
Bu gün keçirilən bələdiyyə seçkisi üzrə səsvermədə ən çox seçici aktivliyi 59 saylı Quba seçki dairəsində qeydə alınıb.
"Report" xəbər verir ki, burada seçici fəallığı 38.50 faiz olub.
Ən az seçici aktivliyi isə 54 saylı Mingəçevir seçki dairəsinə aiddir.
Burada aktivlik göstəricisi 24.45 faizdir.
Qeyd edək ki, səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
***
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesi yekunlaşıb.
Seçki məntəqələri bu gün saat 8:00-da açılıb, səsvermə 19:00-da başa çatıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, saat 17:00-a olan seçici fəallığı 28,77 faiz olub.
Belə ki, həmin vaxta qədər 1 milyon 715 min 291 nəfər səs verib.
Qeyd edək ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib.
685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.
Bugünkü bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.