Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb.

Bu barədə Türkiyə lideri sosial şəbəkədə paylaşım edib.

“Qardaşım, Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə qonaq etməkdən çox məmnun oldum. “Bir millət – iki dövlət” şüarı ilə təcəssüm olunan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasında əlaqələr müdafiədən tutmuş ticarətə qədər bir çox sahələrdə daim inkişaf edir”, – Türkiyənin ölkə başçısı qeyd edib. O, bu əməkdaşlıqlar arasında enerji sektorunun ön sırada olduğunu da vurğulayıb.

Ərdoğan Bakı və Ankaranın sadəcə sülh, əməkdaşlıq istədiyini vurğulayıb:

“Bunu ifadə etmək istərdim: Türkiyə və Azərbaycan sülhün, əmin-amanlığın, firavanlığın tərəfindədir. Regionumuzda sadəcə sülh istəyirik, əməkdaşlıq istəyirik, birlikdə inkişaf etmək istəyirik. İnşallah, bundan sonra regional sülhə, rifaha və əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə həyata keçirmək əzmindəyik”.

11 Mart 2025 Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələri artırıldı
11 Mart 2025 Eldar İbrahimov "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi
11 Mart 2025 “Bütün bunlar Ermənistanın silahlanma siyasətini davam etdirdiyini göstərir”
11 Mart 2025 Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu - Foto
11 Mart 2025 Azərbaycan və Şimali Makedoniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
11 Mart 2025 Azərbaycan və Macarıstan Avropada enerji təhlükəsizliyi məsələsini müzakirə edib
10 Mart 2025 Azərbaycanda “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları” dəyişib
10 Mart 2025 Prezident onu vəzifəyə təyin etdi
10 Mart 2025 Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqləyib
08 Mart 2025 Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib
08 Mart 2025 Paşinyanın "Qərb planı" iflasa uğradı: Ermənistanı da indi "Ukrayna ssenarisi" gözləyir
08 Mart 2025 İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib
07 Mart 2025 Prezidentdən bu yolların təmiri ilə bağlı sərəncam
07 Mart 2025 Milli Məclis Mehriban Əliyevanı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
07 Mart 2025 Milli Məclis Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya edib
07 Mart 2025 Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb
07 Mart 2025 Əli Əsədov yeni qərar imzaIadı
06 Mart 2025 Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
05 Mart 2025 Prezident İlham Əliyev: Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olublar
05 Mart 2025 Azərbaycan Prezidenti: Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək

Xəbər lenti