Prezident hər zaman ölkədə baş verən istənilən hadisəyə çevik reaksiya verir və dərhal günahkarları cəzalandırır.

 

Bunu Axar.az-a İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədəki çıxışına münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib. Millət vəkili ölkə rəhbəri İlham Əliyevin ötən gün ölkənin enerji sistemindəki vəziyyətlə bağlı keçirdiyi müşavirəni yüksək qiymətləndirib:

“Prezident hər zaman ölkədə baş verən istənilən hadisəyə çevik reaksiya verir və dərhal günahkarları cəzalandırır. Bildiyiniz kimi, Mingəçevir İES-da baş verən qəzanın aradan qaldırılması istiqamətində yaradılan Dövlət Komissiyası hazırda fəaliyyətini davam etdirir. Komissiyanın əsas vəzifələrindən biri bu məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir. Mingəçevir İES-da baş vermiş qəzanın təxribat və ya terror olmasına gəlincə, hesab edirəm ki, bu barədə Dövlət Komissiyası tərəfindən aparılan bütün işlər yekunlaşdıqdan sonra konkret fikir yürütmək olar”.

S.Novruzov son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyaların qoyulduğunu vurğulayıb:

“Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib. Enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Mingəçevir də daxil olmaqla, demək olar ki, digər bölgələrdə modul tipli İES-lər fəaliyyət göstərir. Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında, eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılıb. Bundan başqa, Sumqayıtda da energetika sahəsi üzrə istehsal müəssisələri fəaliyyət göstərir. Cənab prezident bu sahəyə hər zaman xüsusi qayğı göstərib, bundan sonra da göstərəcək”.

25 Noyabr 2024 Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
25 Noyabr 2024 Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
25 Noyabr 2024 İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
25 Noyabr 2024 Əli Əsədov qərar ımzaladı
25 Noyabr 2024 XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
25 Noyabr 2024 2025-ci illə bağlı xoş xəbər: əməkhaqqı, pensiya, sosial vəziyyət... - Spiker
25 Noyabr 2024 Baş nazir Milli Məclisdə çıxış edəcək
25 Noyabr 2024 İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
25 Noyabr 2024 Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024 Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
23 Noyabr 2024 Bakıda COP zolaqları ləğv olunur
22 Noyabr 2024 İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
22 Noyabr 2024 "Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
22 Noyabr 2024 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
22 Noyabr 2024 Qazaxda düşmən təxribatının qarşısı belə alınmışdı - General- leytenant DANIŞDI
21 Noyabr 2024 Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
21 Noyabr 2024 Milli Məclisdə yeni təyinatlar - Foto
21 Noyabr 2024 Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
21 Noyabr 2024 Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
21 Noyabr 2024 Quterreş Azərbaycana səfərə gəlib

Xəbər lenti