![]() |
|
Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi aradan qalxıb.
Yol-xeber.az xəbər verir ki, Samur Gömrük Postundan APA-ya verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Rusiya sərhədində yük maşınlarının uzun növbəsi yaranmışdı.
Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.
Azərbaycanın Milli Qəhrəmanı, ötən il iyulun 14-də Tovuz rayonu istiqamətində baş vermiş döyüşlər zamanı şəhid olmuş polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev sosial şəbəkədə atası ilə bağlı təsirli paylaşım edib.
"Yol-xeber.az" həmin paylaşımı təqdim edir:
“11 ay oldu, canım atam. Yaman darıxırıq sənin üçün. Hər yerdə səni axtarıram. Sən mənim arxa, dayağım idin. Canımdan can getdi səni itirəndə. Gülərüz, mehriban atam. Nə yaxşı xüsusiyyətlər var idisə, səndə toplanmışdı. Üzün hər zaman gülərdi. Bizim də hər zaman kədərdən uzaq, xoşbəxt olmağımızı istərdin. Üzümüzdən gülüş əksik olmasın istərdin. Amma, ata, indi gülsəm belə, sənsizlik ağır gəlir. Və ağırlıq, boşluq hər zaman ürəyimizdə qalacaq.
Əvəz olunmaz insan, gözəl şəxsiyyət, mərd, peşəkar zabit, Azərbaycanın Milli Qəhrəmanı, ruhun şad olsun! Unudulmayacaqsan, Cənab Polkovnik!”
Təhsil Nazirliyindən bildirilib ki, onlardan 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır.
2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 580 nəfər uşaq başa vurub.
2021-2022-ci tədris ilində respublika üzrə 158 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bu gün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.
Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən "Yol-xeber.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 isti, gündüz 25-30 isti, Bakıda gecə 20-22 isti, gündüz 27-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 isti, gündüz 29-34 isti, dağlarda gecə 8-13 isti, gündüz 16-21 dərəcə isti olacaq.
Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə Avropa çempionatının Bakıdakı ilk oyunun keçirilməsi ilə bağlı azarkeşlərə müraciət edib.
Yol-xeber.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Real" TV-yə açıqlamasında bildirib ki, azarkeşlər stadiona yalnız açıq vəziyyətdə, plastik qablarda 100 ml-yə qədər su apara bilərlər.
DİN rəsmisi deyib ki, hansısa bir əşyanın, protexniki vasitələrin, şüşə qab və əşyaların stadiona aparılması qadağandır: “Əgər azarkeşlər həmin əşyalarla stadion ərazisinə daxil olmaq istəsələr, mühafizə və təhlüksəzlik koridorlarında əllərindən alınacaq. Nəzərə alsınlar ki, stadion daxilində 35-ə qədər müxtəlif ictimai iaşə obyekti fəaliyyət göstərir. Azarkeşlərin, iştirakçıların hər hansı bir qida təminatı və digər hallarla bağlı zəruri ehtiyacları olan məhsullar həmin obyektlərdə satılır. Həmin obyektlərdə bütün zəruri olan məhsullar var”.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.
Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 32 nəfər barəsində müvafiq tədbir görülüb.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub.
Qərarda bildirilib ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.
"Müəyyən səbəblərdən pensiya yaşına bir neçə il qalmış insanlar işini itirir və onlar iş tapmaqda ciddi çətinliklərlə üzləşirlər. Yaşları çox olduğundan işgötürənlər onları işə götürmür. Bu problem hansısa formada həllini tapmalıdır".
"Yol-xeber.az" xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu şəxslər vətəndaş olaraq dövlətdən tələb etmək hüququ var.
"Bəlkə bu insanlara hansısa miqdarda pensiya verilsin, yaxud da məsələ hansı formada həllini tapmalıdır. Bu insanların da hüquqları var və onların təmin olunmalıdır"-deputat qeyd edib.
Millət vəkili Sabir Rüstəmxanlı da pensiya, sosial müavinətlərin müəyyən olunmasındakı çatışmazlıq, hüquq pozuntularından danışaraq bildirib ki, bu sahədə ciddi problemlər mövcuddur və aradan qaldırılmalıdır:
"Bütün bunları nəzərə alaraq mən "Əlilliyi olan şəxslərin hüquqları haqqında"qanuna təklif edilən dəyişikliyə səs verməyəcəyəm" - deputat qeyd edib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında bir sıra qanun layihələrinə dəyişiklik edilib.
"Yol-xeber.az" xəbər verir ki, dəyişikliklər barədə məlumat verən deputat Arzu Nağıyevin sözlərinə görə, bu sahələrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar davam etdirilir və əsas meyar kimi hər bir Azərbaycan vətəndaşının rifahı ən mühüm məsələdir.
"Bu baxımdan 29 dekabr 2020-ci il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə və 2020-ci il 31 dekabr tarixli 1223 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən - bəzi kateqoriya şəxslərin sırasından olan - şəhid uşaqları, müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqları sözləri çıxarılmış və Qanunda “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət” sözləri - “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət” sözləri ilə əvəz edilib. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1225, 1228 və 1230 nömrəli Fərmanları ilə həmin kateqoriya şəxslərin təqaüdləri artırılıb.
29 dekabr 2020-ci il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması məqsədilə “Hərbi qulluqçuların statusu haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi nəzərdə tutulur.
Maddə 1. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aylıq müavinət ödənilir.” Yəni bu kateqoriyadan olan ailəyə ayda 100 manat ödənilir. (Əvvəllər bu başqa bir formada həyata keçirilirdi).
Maddə 2. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin üçüncü abzası ləğv edilir (və konkret olaraq həmin 300 manatın əvəzinə 500 manat təqaüd veriləcək)
Maddə 3. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndi ləğv edilir ( əvvəllər 100 manat alan şəxslər indi 130 manat alacaqlar. Burada gözdən əlillik istisna edilir).
Bir daha qeyd etmək istəyirəm ki, bu artımlar cənab Prezidentin 30 dekabr 2020-ci il tarixli 1225, 1228 və 1230 nömrəli Fərmanları ilə həyata keçirilir”.