![]() |
|
“Azərişıq” ASC 44-günlük vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların azad edilmə tarixini qeyri-əhali qrupuna daxil olan abunəçi kodlarında əbədiləşdirib.
“Yol-xeber.az”ın məlumatına görə, bu zaman abunəçi kodunun ilk seriyasından dərhal sonra həmin rayonun yaxud şəhərin azad edilmə tarixi (gün,ay və il) qeyd edilib. Hazırda bir neçə aydır istifadə edilən Şuşanın qeyri-əhali qrupu abunəçi kodları 58/081120 rəqəmləri ilə başlayır.
“Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, bu addım azad edilmiş digər ərazilər üçün də atılıb: “Əgər həmin ərazilərdə elektrik enerjisi istehlak olunursa bu o deməkdir ki, həmin rayonlarda elektrik enerjisi sayğaclarından da istifadə edilir. Həmin sayğacların da sayğac bazasında qeydiyyata alınması üçün isə mütləq abunəçi kodu olmalıdır. Abunəçi kodu dediyimiz həmin qeydiyyat kodları artıq müəyyənləşib və azad edilmiş ərazilərdəki sayğaclar həmin kodlarla fəaliyyət göstərir”.
Beləliklə, azad edilmiş rayonlarda qeydiyyata düşən qeyri-əhali qrupu abunəçilərin kodları belə olacaq.
Laçın – 41/011220
Zəngilan – 64/201020
Qubadlı – 39/251020
Kəlbəcər – 32/251120
Xocavənd – 28/091020
Qeyri-əhali qrupu üçün 9 və 11 simvoldan ibarət kod müəyyən edilib. Hazırda həmin ərazilərdə obyektlərin kodlaşdırılması və qeydiyyatı davam etdirilir
"Hazırda Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxşdir. Biz epidemioloji vəziyyəti eyni olan ölkələrlə sərhədlərimizi aça bilərik".
Yol-xeber.az-ın xəbərinə görə, bunu həkim Vasif İsmayıl quru sərhədlərin açılması məsələsi ilə bağlı danışarkən deyib.
"Türkiyə, Gürcüstan və Rusiyada nisabətən epidemioloji vəziyyət qənaətbəxşdir. Bu ölkələrlə quru sərhərlərin açılmasının heç bir təhlükəsi yoxdur. Nəzərə almaq lazımdır ki, Türkiyədə və Rusiyada peyvəndlənmə prosesi çox sürətlə gedir. Gürcüstan da Avropanın yardımı ilə vaksinasiyanın öhdəsindən gəlir. Burada əsas şərt bilavasitə qonşularımızdakı epidemioloji vəziyyətdir. Quru sərhədlərin açılması məqbul hesab edirəm", - o bildirib.
AQTA-dan "Yol-xeber.az"a verilən məlumata görə, son günlər sosial şəbəkələrdə və müxtəlif media orqanlarında ictimai iaşə müəssisələrinin qapalı və açıq məkanlarında kütləvi tədbirlərin keçirilməsi ilə bağlı elanlar verilməkdədir və paralel olaraq Agentlik müfəttişləri tərəfindən bu cür qanunsuz tədbirlərin keçirilməsi faktları aşkarlanır.
Agentlik bir daha bəyan edir ki, pandemiya dövrünün tələblərini pozaraq, koronavirusun yayılmasına rəvac verən, eyni zamanda vətəndaşların sağlamlığını təhlükəyə atmaqla keçirilən bu cür qanunazidd tədbirlərin təşkili yolverilməzdir və bununla bağlı qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir.
8 Noyabr stansiyası istifadəyə verildikdən sonra bu stansiyada daşınan sərnişinlərin sayı açıqlanıb.
Bu barədə “Yol-xeber.az”a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, 8 Noyabr stansiyasına orta hesabla 2500 civarında sərnişin daxil olub.
B.Məmmədovun sözlərinə görə, yeni istifadəyə verilmiş stansiya üçün bu rəqəm qənaətbəxş hesab oluna bilər.
Səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda tıxac yaranb.
"Yol-xeber.az" “oxu.az”a istinadən xəbər verir ki, tıxac Bakı-Sumqayıt yolunda paytaxt istiqamətində müşahidə edilir.
Belə ki, yolun Xırdalan dairəsindən keçən hissəsindən başlayan “20 Yanvar” metrostansiyasına qədər davam edir.
Tıxacın uzunluğu 5 kilometrdən çoxdur. Nəqliyyatın hərəkəti demək olar ki, dayanıb.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Hacı İsmayıllı kəndindən videogörüntülər yayıb.
"Yol-xeber.az" görüntüləri təqdim edir:
Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.
Azərbaycan Odusunun Vətən müharibəsində itkin düşən hərbi qulluqçusu Məsimov Əkbər Yunis oğlu bu gün dəfn olunacaq.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ə.Məsimovun nəşi günün ikinci yarısında Ağdaş rayonunun Qaradeyin kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Ə.Məsimov 1994-cü ilin oktyabr ayının 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.
Ə.Məsimov subay idi.
Ötən il koronavirus pandemiyası ilə əlaqədar olaraq ilk dəfə orta məktəblərdə “Son zəng” mərasimi” onlayn qaydada təşkil olundu.
Hətta maraqlı etmək üçün “Son zəng”i sabiq təhsil naziri Ceyhun Bayramov çalmışdı.
Ötən ildən fərqli olaraq pandemiya bitməsə də nisbətən səngiyib. Azərbaycanda da vaksinasiyanın aparılması, o cümlədən yoluxma saylarının kəskin aşağı düşməsi yumşalmalara gətirib çıxarıb.
Vəziyyətin müsbətə doğru getməsi Azərbaycanda bir ildən artıq müddətdir qapalı qalmış sektorlarda da məhdudiyyətlərin aradan qaldırılmasına səbəb oldu.
Artıq orta məktəblərdə dərslərin bitməsinə bir həftə vaxt qalıb. Buna baxmayaraq “Son zəng” tədbirinin onlayn, yoxsa ənənəvi qaydada keçiriləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.
Təhsil Nazirliyindən “Yol-xeber.az”ın sorğusuna cavab olaraq bildirilib ki, pandemiya dövründə ictimai toplaşma, kütləvi tədbirlərin təşkili və ləğvi ilə bağlı müvafiq qərarlar Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Məlumatda qeyd olunub ki, qərar açıqlanarsa, bu barədə mediaya və ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci ildən etibarən ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsini qadağan edib. Sözügedən qadağa hələ də qüvvədədir.