44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Xüsusi təyinatlıların polkovnik -leytenantı Ramiz Cəfərovdur. 

Bu gün Sumqayıt şəhəri 42-ci məhəllədə şəhid Ramiz Cəfərovun xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub.

Açılışdan görüntüləri təqdim edirik:

Bu günə qədər “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) vətəndaşlar tərəfindən 30 milyon manatdan çox ianə edilib.
 
Bu barədə Fondun saytında qeyd edilib.
 
Toplanan ümumi məbləğin sayı 30 milyon 905,9 min manatdır. Onlardan 17 milyon 965,4 manatı xərclənib.
 
Vətəndaşlar vəsaitin hara xərclənməsi barədə məlumatı fondun portalından izləyə bilərlər. 

“Məktəblərdə ənənəvi tədrisin bərpası üçün yalnız təhsil işçilərinin vaksinasiya olması kifayət etmir”. 

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Vəfa Ağayeva deyib.

O bildirib ki, məhdudlaşdırma tədbirlərinin ləğv edilməsi üçün əhalinin 70-80 faizi peyvənd olunmalıdır:

“Yoluxma hallarında artım daha çox təhsil müəssisələrində ənənəvi tədris bərpa edilən zaman olur. Bu yoluxma zəncirində aşağı sinif şagirdləri xüsusi rol oynayırlar. Çünki onlara respirator qaydaları aşılamaq asan deyil. Hesab edirəm ki, yoluxma zəncirində iştirakına görə məktəblər ictimai nəqliyyatdan daha təhlükəlidir. Çünki məktəblərdə insanlar arasında təmas uzunmüddətli, yoluxma ehtimalı isə çox olur. Düzdür, təhsil işçilərinin artıq müəyyən hissəsi peyvənd olunub. Lakin yalnız onların deyil, cəmiyyətin 70-80 faizi vaksinasiya edilsə, məhdudlaşdırmanı aradan qaldıra bilərik. Hələlik isə şagirdlər və onların ailə üzvləri peyvənd olunmayıb”.

bbb

Quba şəhərinin ən böyük yaşayış massivlərindən biri olan, “Aeroport ərazisi” adlanan, hazirki 32-33-cü məhəllədəki küçələrin yollarında geniş miqyaslı yenidənqurma və asfaltlaşdırma işlərinə start verilmişdir. Hazırda adı çəkilən yaşayış massivində 22 küçə mövcuddur. Küçələrin ümumi uzunluğu isə 16 kilometrdən çoxdur.
6 yanvar 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, "5 saylı Yol İstismarı" MMC-nin rəisi Gülağa Əliyev və digər aidiyyati şəxslərlə birlikdə görülən işlərlə yerində tanış olmuş, aidiyyati şəxslərə lazımı tapşırıq və tövsiyyələrini vermişdir.
Qeyd etmək lazımdır ki, göstərilən ərazidə təxminən 40 ilə yaxındır ki, əhalinin məskunlaşması başlamışdır. Burada 1000-ə yaxın yaşayış evi vardır. Uzun illər ərazidə əhali yollarının narahatlığı səbəbindən müəyyən problemlərlə rastlaşırdılar.
Yaxın vaxtlarda ərazidəki bütün küçələrin asfaltlanması işlərinin başa çatdırılması nəzərdə tutulur.
Yenidənqurma və asfaltlaşdırma işlərini tez bir zamanda başa çatdırılmasını "5 saylı Yol İstismarı" MMC-nin rəisi Gülağa Əliyev öhtəliyinə götürmüşdür.

bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb
bbb

..
 
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb.

Təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.

Təqvimdə eyni zamanda Ramazan ayının gündəlik duaları yer alıb. Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək.

Qeyd edək ki, şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır.

Bakı şəhəri, Nizami rayonu Əlif Hacıyev, həmçinin Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alınıb.

Dərhal sözügedən ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib.

Abbas Mirzə Şərifzadə küçəsində çökmə istilik xəttinin, Əlif Hacıyev küçəsində isə kanalizasiya xəttinin keçdiyi ərazidə baş verib.

Bu üzdən hazırda çökmə qeydə alınmış ərazilərə aidiyyəti qurumların əməkdaşları da cəlb olunmaqla hadisənin səbəbləri aydınlaşdırılaraq qısa müddət ərzində aradan qaldırılması və yolun asfalt-beton örtüyünün bərpası üçün birgə işlər aparılır.

"Dövlət orqanlarından və özəl qurumlardan koronavirus əleyhinə peyvənd olunmaq üçün səyyar briqadaların təşkili ilə bağlı müraciətlər daxil olur".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

"Ümumilikdə, səyyar briqadalar vasitəsilə bu günədək 1000-ə yaxın vətəndaş səyyar şəkildə vaksinasiya prosesində iştirak edib" - o bildirib.

İqtisadçı deyir ki, kommunal xidmətlərin tarifinin artması ehtimalı həmişə gündəmdə olacaq...

Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, ilin əvvəlində yanacaq və su tariflərinə dəyişiklik ediləndən sonra işıq pulunun da bahalaşması o qədər də uzaqda deyil. Bildirilir ki, qiymətlərin ikiqat bahalaşması gözlənilir.

"Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı. Bundan əlavə, şirkətin dövlət büdcəsinə 3 milyon 90 mindən çox vergi borcu yaranıb.

Hesablama Palatası qeyd edir ki, adıçəkilən dövlət şirkətlərinin dövlət zəmanətli kreditlər üzrə öhdəliklərinin bir hissəsinin Təminat Fondundan və dövlət büdcəsindən ödənilməsi, maliyyə təsərrüfat fəaliyyətlərinin zərərlə başa vurulması 2021-ci ildə qeyd olunan mənbədə nəzərdə tutulmuş gəlirlər üzrə risklər formalaşdırır. Bəzi ekspertlərin fikrincə, bütün bunlar elektrik enerjisinin qiymətlərində dəyişiklik edilməsinə gətirib çıxaracaq.

"Ölkə.Az" xəbər verir ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən "Turan”a bildirilib ki, qurum tariflərin dəyişdirilməsi üçün Tarif Şurasına müraciət etməyib:

"Bu, tamamilə əsassız məlumatlardır. Qiymətlərin artırılması ilə bağlı müraciət edilməmişdi”.

Lakin qurumdan indiki tariflərin qənaətbəxş olub-olmaması ilə bağlı suala cavab verə bilməyəcəklərini qeyd ediblər.

Bakı metrosu artıq bir ilə yaxındır ki, faəliyyətini dayandırıb.

Baku.ws xəbər verir ki, metrodan rəsmi açıqlamaya görə, ötən il 228 milyon sərnişinə xidmət göstərməli idi. Amma insanlarımızın sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74 milyon 709 min 237 sərnişin daşınıb.

Bununla da, 2020-ci il planına əsasən Bakı metrosunun qazancı 68 400 000 AZN olmalı idi. Lakin nəzərdə tutulandan 45 987 229 AZN-dən az, 22 412 771 AZN qazanıb. Bu il də metro qazanc əldə etməyib.

228 000 000 x 0.30 = 68 400 000

74 709 237 x 0,30 = 22 412 771 AZN

68 400 000 - 22 412 771 = 45 987 229

Rəsmi açıqlamada həmçinin bildirilir ki, Bakı metrosu adi rejimlə fəaliyyət göstərir. Yəni işçilərin məvacibi qrafikə uyğun verilir və digər fiks xərclər çəkilir. Bu metro açılandan sonra gediş haqqının artacağı fikirlərini ortaya atır. Elə sosial şəbəkələrdə də bu barədə iddialar ortaya atılır.

Bəs bu iddiaların iqtisadi əsasları varmı?

Məsələyə aydınlıq gətirmək üçün ilk öncə ekspertlərə müraciət etdik. İqtisadçı ekspert Azər Mehtiyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, Bakı metrosunun itirdiyi qazanc sonradan bərpa olunan vəsait deyil.

“Onsuz da metro zərərlə işləyən qurumdur. Üstəlik metroda tikinti işləri də davam edir. Yəni bunları sonradan bərpa edilən itki hesab etmək olmaz. Ona görə də, metro açılanda gediş haqqını qaldırmaqla, bu itkini qarşılamaq mümkün deyil”, - deyə Azər Mehtiyev bildirib.

Ekspertin fikrincə, metronun bütün xərcləri ciddi şəkildə araşdırılmalıdır:

“Onsuz da metronun əsas xərci dövlət üzərinə düşür. Lakin mövcud sistem daxilində, cari əməliyyat xərclərinin araşdırılmasına ehtiyac var.

Mümkün qədər xərclər azaldılmalıdır. İstənilən halda, hazırkı gediş haqqı ilə bütün xərcləri qarşılamaq mümkün deyil. Metronun ən az ön xərclərinin bağlanması mexanizmi təklif olunarsa, bu zaman mütləq gediş haqları artırılmalıdır.

Bu zaman da gediş haqlarının artırılmasının müxtəlif variantları təklif edilə bilər. Ən yaxşı variant məsafəyə görə gediş haqlarının dəyişdirilməsidir.

Digər tərəfdən cəmiyyətin sosial durumunu nəzərə alıb, gediş haqqını olduğu kimi saxlayır. Bu zaman da, metronun xərclərində yaranmış fərqi dövlət öz üzərinə götürür.

Dövlət gəlirləri hesabına, həmin fərq ödənilir.
Lakin cəmiyyətin yaşayış səviyyəsi yüksələrsə, o zaman gediş haqqını qaldırmaqla, yaranmış kəsirləri ödəmək olar. Azərbayanın indiki reallığında bu o qədər də düzgün addım olmaz”.

Millət vəklili, iqtisadçı ekspert Vüqar Bayramov da hesab edir ki, çıxış yolu metroda gediş haqqlarının artırılması deyil. Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, Bakı Metropoliteni mütəmadi Dövlət Büdcəsindən datasiya alan qurumlar siyahısındadır.

“Metropolitendə daşınma xərclərinin böyük bir hissəsi dövlət tərəfindən ödənilir. Çünki xərclər gəlirdən çoxdur. Həmin fərq də dövlət tərəfindən kompensasiya olunur.

Hətta pandemiya dövründə metronun işləməməsinə baxmayaraq, Bakı Metropolitenində gediş haqqının artırılması ilə bağlı iqtisadi zəmin yoxdur.

Çünki metro adi rejimlə işləmədiyi üçün xərcləri də əvvəlki dövrlərlə müqayisədə azdır. Fiks xərclər, əmək haqları, təmir və s. kimi ödəmələr isə dövlətin ayırdığı kompensasiya hesabına ödənilə bilər”.

Bəs Bakı Metropoliteni rəhbərliyi tərəfindən gediş haqlarının artırılması ilə bağlı hökumətə müraciət edilibmi?

Suala cavab tapmaq üçün "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda gediş haqqının artımı ilə bağlı məsələ gündəmdə deyil.

“Bakı Metropolitenində sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib”, - deyə Bəxtiyar Məmmədov bildirib.

Xatırladaq ki, Azərbaycanda koronavirusun ilk halı ötən il 28 fevralda qeydə alınıb. Ölkədə koronavirusla mübarizə tədbirləri çərçivəsində martın 24-dən xüsusi karantin rejimi elan olunub.

2020-ci martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb.

İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb.

Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib. Beləliklə, 2020-ci il oktyabrın 19-dan bəri Bakı metrosu işləmir.

Bu səbəbdən də, ötən il Bakı metrosu istismar fəaliyyəti üçün büdcədən 40 milyon manat subsidiya və pandemiya ilə bağlı zəruri xərclərinin qarşılanması üçün 27,7 milyon manat maliyyə yardımı alıb. 2021-ci ildə “Bakı Metropoliteni” QSC üçün dövlət büdcənindən 39,2 milyon manat vəsait ayrılacaq.

Qeyd edək ki, 30 sentyabr 2009-cu ildə Tarif (Qiymət) Şurasının iclasında Bakı metropolitenində gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən gediş haqqının 15 qəpik olması barədə qərar qəbul edilib.

2011-ci il noyabrın 24-də Tarif (Qiymət) Şurasının iclasında metropolitendə gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Həmin qərara əsasən, 2011-ci il dekabrın 1-dən gediş haqqı 20 qəpik həddində müəyyənləşdirilib.

2015-ci il avqust ayının 8-dən Bakı metropolitenində gediş haqqının ödənilməsi “BakıKart” sistemi ilə həyata keçirilib. Həm də həmin gündən ilk dəfə şəhər ictimai sərnişindaşıma sahəsində iki fərqli nəqliyyat sisteminin inteqrasiya olunmuş ödəniş sisteminin tətbiqinə başlanılıb.

Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında 2018-ci il avqustun 1-dən 1 gediş üçün 30 qəpik müəyyən olunub.

Bakı metrosu artıq bir ilə yaxındır ki, faəliyyətini dayandırıb.

"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, metrodan rəsmi açıqlamaya görə, ötən il 228 milyon sərnişinə xidmət göstərməli idi. Amma insanlarımızın sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74 milyon 709 min 237 sərnişin daşınıb.

Azərbaycanda koronavirusa yoluxanların sayının durmadan artması insanlar arasında təşvişi artırır. Artıq gün ərzində yoluxanların sayı 3 minə, ölənlərin sayı isə 40-a yaxınlaşır.
Vəziyyətin belə davam edəcəyi təqdirdə ölkədə karantin qaydalarının yenidən sərtləşdiriləcəyi və sms izacə sisteminin tətbiq olunacağı ehtimalı gündəmə gəlib.

Mütəxəssislər mövcud vəziyyəti qiymətləndirib və çıxış yolları barədə danışıblar. Milli Məclisin üzvü Müşfiq Məmmədli "ARB24"ə bildirib ki, heç kim karantin tədbirlərinin sərtləşdirilməsini və insanların normal fəaliyyətinin məhdudlaşdırılmasını istəmir: "Biz özümüz buna dəstək verməklə yanaşı, həm də dövlətin tənzimləyici tədbirlərinə anlayışla yanaşmalıyıq".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə test götürülən zaman qoyulan kriteriyaları pisləyib: "Temperatur 38 dərəcədən yuxarı olmalıdır ki, test aparılsın. Bu kriteriyalar dəyişməlidir. İnsanlardan maksimum test götürülməyə çalışılmalıdır".

Xəbər lenti