Son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı barədə məlumatlar yayılır.
Həmin vətəndaşlar onlardan ötən dövrlərdə xarici ölkələrdən alınan xidmətlərə görə tutulmamış ƏDV məbləğlərinin tələb edildiyini bildirirlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qanunvericiliyin müddəalarına əsasən, vergi orqanlarında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında alınan xidmətlərə (işlərə) görə ödənilən məbləğdən ƏDV-nin tutulması vəzifəsi banklar tərəfindən icra olunur. Bu halda banklar vergi agenti kimi çıxış edərək həyata keçirilən hər bir tranzaksiya üçün verginin hesablanmasını və ödənilməsini həyata keçirir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sosial şəbəkələrdə plastik kartlar vasitəsilə aparılan bütün növ ödənişlərdən 18 faiz ƏDV-nin tutulması ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirir ki, ölkənin vergi qanunvericiliyində hər hansı yeni dəyişiklik yoxdur, vətəndaşlar və vergi ödəyiciləri üçün əlavə vergi öhdəlikləri müəyyən edən hər hansı yeni müddəalar tətbiq edilməyib.

Belə ki, plastik kartlar vasitəsilə nağdsız qayada aparılan ödənişlərdən üzrə vətəndaşın hesabından 18 faiz ƏDV yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur.

Fiziki şəxslərin xaricdə yerləşən müəssisə və təşkilatlarla elektron ticarət qaydasında apardıqları aşağıdakı əməliyyatlar üzrə ödəmələrindən banklar tərəfindən ƏDV tutulmur:

xaricdən malların alınmasına görə ödəniş;

xaricdə otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərə görə ödəniş;

fiziki olaraq xaricdə alınan (istehlak) edilən iş və xidmətə görə ödəniş.

Yayılan məlumatlarda qeyd olunan plastik kartlar vasitəsilə dövlət orqanlarının tətbiq etdikləri cərimə məbləğlərinə görə hesabdan 18 faiz ƏDV-nin tutulması ilə bağlı bildirirk ki, dövlət orqanlarına ödənilən cərimə məbləğlərinə ƏDV hesablanmır və tutulmur.

Ölkə daxilində fəaliyyət göstərən müəssisə və təşkilatlara plastik kart vasitəsilə nağdsız qaydada ödənilən məbləğlərdən əlavə olaraq ƏDV tutulmur. Belə ki, ölkədə fəaliyyət göstərən ƏDV ödəyicilərindən alınmış mal, iş və xidmətlər üçün hesablaşmalarda ƏDV məbləği son qiymətdə öz əksini tapır.

Göründüyü kimi, ölkə daxilində aparılan nağdsız ödənişlərdən hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə həm sahibkarlara, həm də vətəndaşlara müvafiq təşviqlər nəzərdə tutur.

Belə ki, pərakəndə ticarət və ictimai iaşə sektorunda çalışan sahibkarların dövriyyəsində POS-terminal vasitəsilə nağdsız qaydada əldə olunan gəlirin həcminə uyğun olaraq mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə güzəştlər tətbiq edilir.

Vətəndaşlar isə nağdsız qaydada həyata keçirdikləri alış-verişə görə, nağd qayada həyata keçirdikləri alış-verişə nisbətdə 5 faiz daha çox ƏDV-ni geri ala bilirlər (nağd ödənişlər zamanı ƏDV-nin 10 faizi, nağdsız ödənişlər zamanı isə ƏDV-nin 15 faizi vətəndaşa qaytarılır).

Məlumat üçün onu da bildirirk ki, qanunvericiliyə görə informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.

Bakıdakı qeyri-adi piyada keçidi ilə bağlı qurumlar hərəkətə keçdi - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının 20 Yanvar və Asif Məhərəmov küçələrinin kəsişməsində piyada zolağının dekorativ kollara doğru çəkilməsini nəzarətə götürüb. Yol-xeber.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu gün səhər saatlarında agentliyin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi, həmçinin Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi ərazidə olaraq problemlə yerindəcə tanış olu və sözügedən qüsurun aradan qaldırılması üçün tapşırıqverilib. Atılacaq addımlar barədəyaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Səbuhi Hüseynli dəfn olunub.

Oxu.az xəbər verir ki, Xaçmaz rayon Maqsudkənd sakini Səbuhi Hüseynli doğulduğu kəndin qəbiristanlığında dəfn edilib. 

Qeyd edək ki, S.Hüseynli 44 günlük Vətən müharibəsi zamanı oktyabrın 20-də yaralanıb və komada olub. O, dünən şəhidlik zirvəsinə ucalıb.

 
 
 
 
 
 
 
 
 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
BDYPİ-dən daxil olan müraciətdə deyilir:

"Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin nəzərinə!

Tərəfdaş qurumlar tərəfindən verilmiş rəsmi məlumata istinad edərək bildiririk ki, Rusiya Federasiyasının (RF) “Beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsinə dövlət nəzarəti və həmin daşımaların icrası qaydalarının pozulmasına görə məsuliyyət haqqında” federal qanunvericiliyində dəyişiklik edilib.

Belə ki, hazırda qüvvədə olan dəyişikliyə əsasən, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsi Rusiya Federasiyasının (RF) dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduğu zaman həmin nəqliyyat vasitəsilə əvvəllər RF ərazisində törədilən inzibati xətaya görə nəzərdə tutulan inzibati cərimənin ödənilməməsi halı aşkarlanarsa, qeyd olunan nəqliyyat vasitəsinin RF ərazisində hərəkətini davam etdirməsinə yalnız sözügedən inzibati cərimənin ödənilməsindən sonra icazə verilir.

Xarici daşıyıcı və ya onu təmsil edən nümayəndə nəqliyyat vasitəsi Rusiya Federasiyasının dövlət sərhəd buraxılış məntəqəsinə daxil olduqdan sonra 3 saat ərzində inzibati cərimə öhdəliyini yerinə yetirməlidir. Əks təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisindən xaric edilməsi üçün qanunla müəyyən olunmuş tədbirlər görüləcəkdir.

Bununla yanaşı, sözügedən qanunun müvafiq müddəalarının qüvvəyə minəcəyi 2021-ci il 7 iyul tarixindən etibarən eyni qaydaların Rusiya Federasiyasını tərk etmək istəyən xarici daşıyıcıya məxsus nəqliyyat vasitələrinə də şamil olunacağı nəzərdə tutulub. Yəni, xarici daşıyıcıya məxsus nəqliyyat vasitəsilə Rusiya Federasiyasının ərazisində törədilmiş inzibati xətaya görə nəzərdə tutulan inzibati cərimə ödənilmədiyi təqdirdə həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyasının ərazisini tərk etməsinə məhdudiyyət tətbiq ediləcəkdir.

Eyni zamanda bildiririk ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dövlət Yol Müfəttişliyinin rəsmi internet səhifəsində (гибдд.рф) xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin ödənilməmiş inzibati cərimələri haqqında məlumat əldə etmək imkanı yaradılıb".

Göyçayda polis reyd keçirərək qaydaları pozan sürücüləri cərimələdi

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə reyd keçirib.

Yol-xeber.az-ın Yuxarı Şirvan bürosu xəbər verir ki, reyd zamanı qaydaları pozan, tibbi maska taxmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən və yol polisinin saxla əmrinə tabe olmayan sürücülər də aşkarlanıb.

Reyd zamanı bir necə sürücü tərəfindən sürət həddinin aşılması, ötmə, manevretmə və qarşı hərəkət zolağına çıxma, nəqliyyat vasitələrinin yolun hərəkət hissələrində yerləşməsi və sənədləri qaydasında olmayan sürücülər aşkar edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələr tətbiq olunub.

Bu cür reydlərin ilin sonuna qədər mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.



Daha bir hərbçimizi itirdik

İtkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçimiz vəfat edib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib. 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

 

 
 
“Azərbaycanda COVID-19-a yoluxanların sayı artıb. Artıq gündəlik yoluxma sayı iki minin üzərindədir”.

Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov “Real TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl çox həyəcanlı vəziyyət yaranmışdı:

“Sanki hər gün yoluxma artımı davam edirdi. Hətta 2700-ə çatmışdı. Sözsüz ki, bu hamını çox narahat edirdi. Son bir neçə gündə yoluxma sayının 2200-2500 arasında dəyişməsinin şahidi oluruq. Yoluxma sayının artmasında bir stabilləşmə var. Bu bizi bir qədər sakitləşdirir. Əslində, epidemiyanın özünün bir qanunauyğunluğu var. Bunu əvvəllər də demişik.

Yoluxma sayları əvvəlcə artma tempində davam edir. Pik həddinə çatır. Sonra pik vəziyyətində müəyyən müddət qalır və yoluxma sayları azalmağa başlayır.

Hazırda üçüncü dalğa dediyimiz vəziyyətin pik həddini yaşayırıq. Çünki yoluxma saylarında gündəlik artım, demək olar ki, yoxdur. Bir qədər stabilləşmə var. Gözləntilərimiz özünü doğrultsa, gündəlik yoluxma sayı artmasa, bir müddət sonra bu sayın azalmasını müşahidə edəcəyik”.

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin dəfn olunacağı yer müəyyənləşib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, E.Quliyev Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Bu gün Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda 18 367 şagirdin iştirakı nəzərdə tutulur.

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun və Vətən müharibəsi şəhidi Aqşin Qədirzadənin adına bulaq istifadəyə verilib.

Bu barədə news24.az-a generalın ailəsindən məlumat verilib.

Qeyd edək ki, bulaq Qəbələ rayonu Zərgərli kəndi, Qəbələ-Oğuz yolunun kənarında tikilib.

Xəbər lenti