|
Respublikanın cənub zonasında müşahidə edilən güclü dumanla əlaqədar Bakı-Astara magistralının cənub hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, magistalın Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Salyan rayonlarında qatı dumanla əlaqədar avtomobillərin hərəkətində maneələr yaranıb. Bu səbəbdən bəzi sürücülər nəqliyyat vasitələrini yolun kənarında saxlayaraq dumanın çəkilməsini gözləyiblər. Xüsusən magistral yolun Biləsuvar rayonundan keçən ərazisində nəqliyyatın hərəkəti məhdudlaşıb.
Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşları duman səbəbindən gücləndirilmiş iş rejiminə keçiblər. Yol patrul xidmətinin əməkdaşları hərəkətdə olan bir sıra nəqliyyat vasitələrini müşayiət ediblər.