|
Bu gün səhər 7:35də bir qatar Nərimanov stansiyasından texniki baxış məqsədilə depoya göndərilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib.
O, bildirib ki, "qatarda nasazlıq ehtimalı olub. Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub."