Ekspert yol polisindən danışdı - İslahatlar nəticə verməyə başlayıb
Xəyal Məmmədxanlı: "Cərimədən çox maarifləndirmə aparılması təqdirəlayiq haldır”

"Son günlər paytaxt Bakıda tıxaclar kəskin şəkildə azalıb. Əvvəllər xüsusilə günün pik vaxtlarında saatlarla tıxacda qalırdıq. Hazırda isə şəhərin giriş-çıxışları istisna olmaqla belə hallar yoxdur, olsa da hərəkət tam dayanmır. Düşünürəm ki, yol polisinin fəaliyyəti nəticəsində bu bəladan tamamilə xilas olacağıq”. Bu sözləri Yol-xeber.az-a sığorta eksperti, deputatlığa namizəd Xəyal Məmmədxanlı deyib. Onun sözlərinə görə, DYP sistemində aparılan son islahatlar artıq nəticəsini verməyə başlayıb. "Cənab nazir Vilayət Eyvazov yol polisində dəyişikliklər edəndən sonra müsbət tendensiyalar müşahidə olunur. İnspektorların daha çox sıxlıq olan küçə və prospektlərdə xidmət aparması təqdirəlayiq haldır. Nəqliyyat axınının tənzimlənməsi vacib şərtdir. Odur ki, yol polisinin nizamlayıcı olaraq fəaliyyət göstərməsi həm sürücülər, həm də piyadaların hərəkəti üçün önəmlidir. Bəzən nizamlanmayan piyada keçidlərində piyadalar yolu bir-bir keçir. Bu isə tıxaca səbəb olur. Amma yol polisləri keçidlərdə xidmət aparır və bu tənzimlənmə həm piyadaların yolu təhlükəsiz keçməsi, həm də hərəkət axınının bərpa olmasına səbəb olur".
Ekspert xüsusilə "20 Yanvar", 3-cü mikrorayon dairəsi, "Şamaxinka", "Babək prospektinin sonu" kimi tanınan ərazilərdə yol polislərinin fəaliyyəti nəticəsində tıxacın azaldığını vurğulayıb. "Şəhərin obrazlı desək, ən yararlı yerləri hesab olunan nöqtələrdə hərəkətin təhlükəsizliyi və intensivliyi var. Təbii ki, burada yolun hərəkət hissəsinin taksi və avtomobillər tərəfindən tutulması xüsusilə rol oynayırdı. Yol polisinin dayanma-durma üçün cərimə yazmaq səlahiyyəti olmasa da, hərəkət axınının tənzimlənməsi əsas vəzifəsidir. Odur ki, yolun hərəkət hissəsində park edilmənin qarşısının alınması da tıxacların yaranmasını azaldır. Eyni zamanda avtobus dayanacağının digər sürücülər tərəfindən zəbt edilməsi də böyük problem idi. Hazırda bunun da qarşısı yol polisləri tərəfindən alınır. Nəticədə avtobuslar dayanacağa rahat girir, ikinci sırada dayanmır, bu da tıxacın qarşısını alır."
Xəyal Məmmədxanlı yol polisi rəhbərliyinə təşəkkür də edib. "Yeni rəhbərliyə bu addımlara görə təşəkkür edirəm. Düşünürəm ki, bu proses davamlı olacaq və nəticədə insanlarda bu kimi qayda pozuntularını etməmək mədəniyyəti formalaşacaq. Eyni zamanda cərimədən çox maarifləndirmə aparılması da təqdirəlayiq haldır”.
Ekspert deyib ki, tıxacın, sıxlığın azalması istər-istəməz yol qəzalarının da sayının azalmasına gətirib çıxarır. "Bu da o deməkdir ki, sığorta hadisələri azalır və dövləti iqtisadi ziyan dəymir. Ümid edirəm ki, yaxın gələcəkdə yol qəzalarının sayını kəskin şəkildə azaltmaqla sığorta hadisələrini minimuma endirmiş olacağıq”. 
Xəyal Məmmədxanlı həm də əlavə edib ki, seçki platformasındakı ən əsas məsələlərdən biri də elə yol hərəkətinin təhlükəsizliyidir.

 

 

 
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video
18 Aprel 2025 Azərbaycanda yeni fırıldaq növü yayılıb: "Kabus toxunuşu" - DİQQƏT

Xəbər lenti