|
Bakıda hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alan şəxs yaxalanıb. DİN-nin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 22-də Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Zeynalov paytaxt sakini Ə.Əhmədzadədən hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alarkən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.