Dayanacaqlarda "manatlıq" taksilər: Tıxac, sıxlıq, təhlükə... - VİDEO - FOTO
Vəziyyətlə yaxından tanış olmaq üçün ərazidə müşahidə apardıq

Bir çox hallarda taksilərin avtobus dayanacaqlarında duraraq tıxac yaratdıqlarının şahidi oluruq. Yol-xeber.az xəbər verir ki, analoji vəziyyət hal-hazırda Abşeron Rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinin “Köhnə Bazar”adlanan ərazisində də müşahidə edilir. Bu ərazidə avtobus və taksi sürücülərinin dayanacaq uğrunda “savaşı” sərnişinlərin həyatı üçün böyük təhlükə yaradır və yolda sıxlığa səbəb olur. Əhalinin gur məskunlaşdığı bu ərazidə taksi sürücülərinin avtobus dayanacaqlarını işğal etməsi, sərnişin avtobuslarının yolun ortasında dayanıb tıxac yaratmasına səbəb olur.

Vəziyyətlə yaxından tanış olmaq üçün ərazidə müşahidə apardıq. Sərnişin avtobusu dayanacağa yaxınlaşan kimi artıq onun yerini “1 manatlıq” taksilər zəbt edir. Bu zaman avtobus önünə qaçan sərnişinlər təhlükəli vəziyyətin yaranmasına səbəb olurlar. Hər gün o nəqliyyat vasitəsindən istifadə edən insanların bu problem ilə üzləşməsi onların narazılığına səbəb olur. Sakinlər deyir ki, onlar hər yerə şikayət ediblər. Yol polisi gəlir, ayda bir dəfə qovur. Yenidən eyni vəziyyət yaranır. Məsələnin kökündən həllinə isə çalışan yoxdur.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl BNA rəsmiləri bildirmişdilər ki, Bakının inzibati ərazisində taksi dayanacaqları fəaliyyətə başlayacaqlar. Yəni bu dayanacaqlar istifadəyə veriləndə taksilər öz dayanacaqlarında fəaliyyət göstərəcəklər.

 

Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev ilə əlaqə saxladıq. Mais Ağayev bildirdi ki, həmin ərazi BNA-nın deyil, Xırdalan DYP-nin nəzarətindədir.

Problemə Xırdalan DYP-nin münasibətini öyrənmək istədik. Xırdalan DYP-dən bizə bildirdilər ki, Xırdalan DYP –nin “Qaynar Xətt”inə müraciət etməliyik. Amma təssüflər olsun ki, qaynar xəttdə problemlər olduğu üçün telefon danışığımız baş tutmadı.

Mövzu ilə bağlı metbuat.az-ın suallarını Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev cavablandırdı. Kamran Əliyev bildirdi ki, həmin ərazi Bakı şəhərinin inzibati ərazisi olmadığına görə həmin ərazidə dayanma-durma qaydalarının pozulmasına nəzarət DYP-nin əməkdaşlarının məsuliyyətindədir. Amma Xırdalan şəhəri Heydər Əliyev prospektində hal-hazırda yol asfaltlanması işləri aparıldığına görə nəqliyyatın sıxlığı yaranıb:

“Bu müvəqqəti xarakter daşıyır. Təmir işləri yekunlaşandan sonra həmin ərazidə hərəkətin təşkili lazımı qaydada həyata keçiriləcək.Bundan əvvəl də həmin ərazidə dayanma-durma qaydalarının pozulması faktı ilə əlaqədar şikayətlər daxil olub.Bizim əməkdaşlarımız həmin əraziyə gedərək ərazidə təhlükəsizliyə nəzarət edən yol polisi əməkdaşlarına kömək ediblər.Biz bir daha həmin ərazinin yol polisinə tapşırarıq ki,yaranmış problemin həllində vətəndaşlara kömək edib nəzarəti gücləndirsinlər.

Xırdalan şəhəri Heydər Əliyev prospektində olan dayancaqda taksilərin dayanacağı zəbt etməsinə səbəb hal-hazırda həmin ərazidə taksi dayanacaqlarının olmamasıdır. Kamran Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, taksi sürücülərinə dayanacaqların yaradılması DYP-nin səlahiyyətində deyil.

Bu məsələ İcra Hakimiyyətlərində fəaliyyət göstərən Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının səlahiyyətinə aid olan məsələdir. 2019-2022 ci illər üzrə yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramında taksi dayanacaqlarının təşkili ilə bağlı məsələ öz əksini tapıb və bununla bağlı bir sıra İcra Hakimiyyəti orqanlarından məlumatlar toplanılır. Həmin məlumatlarda əsasən taksi sürücülərinin düzgün park etməsi üçün ərazilərin seçimi,dayanacaqların yaradılması nəzərdə tutulub”.

Ümidvarıq ki, Xırdalan şəhər Heydər Əliyev prospektində yerləşən dayanacaqlardan taksi sürücülərin qanunsuz park etmələrinin qarşısı tezliklə öz həllini tapacaq. Problemin aktuallığını nəzərə alıb yenidən mövzuya qayıdacayıq.

 
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti