İki həftədə 12 avtoxuliqan həbs edildi - DYP hərəkətə keçdi
Yol polisi əhaliyə müraciət edib, valideynləri diqqətli olmağa çağırıb

Son vaxtlar gənclər və yeniyetmələr arasında avtoxuliqanlıq edənlərin sayı artıb. Bakıda, Gəncədə və respublikanın digər bölgələrində onlarla fakt aşkarlanıb. Bunu nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, valideynlərə avtoxuliqanlıqla bağlı müraciət ünvanlayıb. Yol-xeber.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, son günlərdə Azərbaycanda avtoxuliqanlıq edən gənclərə və yeniyetmələrə tez-tez rast gəlinir. Həmin gənclər valideynlərinə məxsus və ya icarəyə götürülən avtomobillərlə yollarda ictimai asayişı pozaraq digər hərəkət istirakçılarına təhlükə yaradır, bu azmış kimi qanunazidd hərəkətlərini videoya çəkib sosial şəbəkələrdə yayırlar.

Yol polisi həmin gənclərin və yeniyetmələrin valideynlərini övladlarına qarşı diqqətli olmağa, mümkün qədər onların sosial şəbəkə hesablarını nəzarətdə saxlamağa çağırır. Bundan əlavə, DYP bildirir ki, valideynlər şəxsi avtomobillərini sürücülük hüququ olmayan övladlarına etibar etməklə təkcə yol hərəkəti qaydalarını pozmurlar, onlar övladları ilə yanaşı digər şəxslərin də həyatı üçün real təhlükə yaratmış olurlar: "Yəqin ki, son günlər televiziya ekranlarında yayımlanmış yeniyetmələrin törətdikləri qəza görüntülərini hamı izləyib.

Gənclərimiz və onların valideynləri də bilməlidirlər ki, yol polisi nəinki yollara, eləcə də sosial şəbəkələrə nəzarət edir. Sosial şəbəkələrdə aşkar olunan bu cür faktlar dərhal DİN rəhbərliyi tərəfindən nəzarətə götürülür və avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülərin şəxsiyyəti müəyyənləşdirilərək qanunvericilik çərçivəsində barələrində müvafiq tədbirlər görülür.

 

Son 2 həftədə respublika üzrə 12 avtoxuliqan məhkəmə qərarı ilə inzibatı həbs cəzasına məhkum olunub. Onların arasında sürücülük hüququ olmayan yeniyetmələr də var. Həmin şəxslərin valideynlərinə xəbərdarlıq olunub.

Yol polisi digər valideynlərin də bu məsələdə diqqətli olmalarını tövsiyə edir. Bu cür hərəkətlər cəmiyyətdə xoş qarşılanmır, ətrafdakıların həyatı təhlükəyə məruz qalır və ağır yol nəqliyyat hadisələri nəticəsində sizin övladlarınız da ağır xəsarət ala və ya dünyasını dəyişə bilər. Ona görə ağır fəsadlar baş vermədən valideynlər vaxtında övladlarının bu cür hərəkətlərinin qarşısını almalıdırlar. Əks halda yol polisi onlara qarşı daha ciddi tədbirlər görəcək.

25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti