Bakı polisi memarın iddialarına cavab verdi
Bölmədə onunla hər hansı nəzakətsiz rəftar, yaxud fiziki təzyiq faktı baş verməyib

“Memar Elçin Əliyevin polis tərəfindən nəzakətsiz rəftara məruz qalması ilə bağlı tirajladığı fikirlər onun subyektiv yanaşmasıdır”.

Yol-xeber.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Xidmət rəisi qeyd edib ki, onun polis bölməsinə aparılması Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən, Qurban Abbasovun adını daşıyan küçədə yerləşən binalardan birinin sakinlərinin müraciəti əsasında olub.

 

Qeyd olunan ünvanda çəkilişlərin aparılması sakinlərinin narazılığına səbəb olub və heç bir rəsmi qurumun təmsilçisi kimi özünü təqdim etməyən Elçin Əliyevlə mübahisə yaranıb. Əraziyə yaxınlaşan polis əməkdaşları sakinləri sakitləşdirərək, şikayətçi olduqları şəxslə bağlı müvafiq araşdırmaların aparılması üçün Səbail RPİ 8-ci Polis Bölməsinə təhvil verilib. 

Qanunverciliyə uyğun olaraq, onun şəxsiyyəti müəyyən olunub, sakinlərin narazılığına səbəb olan hallarla bağlı onunla profilaktiki söhbətlər aparılmaqla sərbəst buraxılıb. E.Əliyev şikayətə rəvac verən əməlinin heç bir qanunu əsas olmadığını bildirib. Bölmədə onunla hər hansı nəzakətsiz rəftar, yaxud fiziki təzyiq faktı baş verməyib. 

Hər bir vətəndaş nəzərə almalıdır ki, hüquq həm də polis tərəfindən mühafizə olunan, hamı üçün məcburi normalar sistemidir. Hər bir vətəndaşın qanun çərçivəsində polisə müraciət etmək hüququ var. Həmin hüquqlar üzrə mübahisə doğuran, vətəndaşları narahat edən hallar tərəfimizdən tam və hərtərəfli araşdırılır, qanunverciliyə uyğun müvafiq tədbir görülür.

25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti