BNA: Tələblərə cavab verməyən sahibkarla müqaviləyə xitam veriləcək
"Bizim üçün önəmli olan o avtobuslardan gündəlik istifadə edən vətəndaşımızın rahatlığı və təhlükəsizliyidir”

"Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən daha bir müntəzəm marşrut xətti müsabiqəyə çıxarılacaq. 142 nömrəli marşrut xəttinin müsabiqəyə çıxarılmasına səbəb olaraq bu xətt üzrə BNA-ya gündəlik şikayətlərin daxil olması, avtobusların texniki vəziyyətinin, sürücülərin peşəkarlığının və davranış qaydalarının lazımi səviyyədə olmaması göstərilir".

Yol-xeber.az-ın məlumatına görə BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev“Report”a bildirib ki, Agentlik lazımi tələblərə cavab verməyən, sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün əməli addımlar atmayan daşıyıcılarla müqaviləyə xitam verəcək:

“Marşrut xətti tələb olunan standartlara cavab verməyəndə xətt müsabiqəyə çıxarılır. BNA-ya ən çox şikayətlər sürücülərin peşəkarlığı, sərnişin və sürücü münasibətlərinin pozulması ilə bağlı daxil olur. Bizim üçün önəmli olan vətəndaşın rahatlığıdır. Hansı daşıyıcı mövcud olan şəffaf idarəetmə sisteminin, sahibkarlar üçün yaradılan əlverişli biznes mühitinin imkanlarından düzgün yararlanıb bu sahədə fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun quracaqsa, biz həmin sahibkarla əməkdaşlığa davam edəcəyik. Yox, əgər işləməyəcəksə, ancaq biznes maraqları güdəcəksə, sərnişinlərin rahatlığı, təhlükəsizliyi baxımından heç bir əməli tədbir görməyəcəksə, onda təbii ki, həmin şəxslə olan müqaviləyə xitam veriləcək. Bizim üçün önəmli olan o avtobuslardan gündəlik istifadə edən vətəndaşımızın rahatlığı və təhlükəsizliyidir”.

 

Qeyd edək ki, dünən 142 saylı marşrut avtobusunun sürücüsü ilə dispetçer arasında mübahisə düşüb. Mübahisə zəminində sürücü dispetçeri bıçaqlayıb.

25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti