“Avtobus davaları, qəzalar bu üsulla aradan qalxacaq” - EKSPERT
"Təəssüflə qeyd etmək lazımdır ki, bu qədər görülən işlərə baxmayaraq, hələ də bir sıra daşıyıcı şirkətlər öz yarıtmaz fəaliyyətinə davam edir"

Zaman-zaman özəl daşıyıcı şirkətlərə məxsus marşrut xətləri ilə bağlı müxtəlif problemlərin yaşanmasının şahidi oluruq. Sürücü ilə sərnişin, dispetçerlə sürücü arasında mövcud olan narazılıqlar bəzi hallarda əlbəyaxa dava ilə nəticələnir. Sonuncu belə hallardan biri də 142 saylı marşrut avtobusunun sürücüsünün dispetçeri bıçaqlaması olub.

Yol-xeber.az xəbər verir ki, hadisə barədə fins.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bu kimi halların kökündə dayanan əsas problemin intizamsızlıq olduğunu söyləyib. O, bir sıra daşıyıcı şirkətlərdə mövcud olan özbaşınalıq hallarından danışıb:

“Sərxoş sürücülər, avtobus davaları, qəzalar bu formada aradan qalxacaq” - EKSPERT

 

“Hər kəsə məlum olduğu kimi Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərində ictimai nəqliyyatda səliqə-səhman yaradıb, sürücü-dispetçer, həmçinin sürücü-sərnişin münasibətləri yaxşılaşdırılıb. Təəssüflə qeyd etmək lazımdır ki, bu qədər görülən işlərə baxmayaraq hələ də bir sıra daşıyıcı şirkətlər öz yarıtmaz fəaliyyətinə davam edir. Bu səbəbdən də müxtəlif xoşagəlməz hadisələr baş verir. Belə hadisələrdən sonuncusu da sürücünün dispetçeri bıçaqlaması oldu. Düşünürəm ki, bu, ilk növbədə məsuliyyətsizlik və intizamsızlıq ucbatından baş verib. Görünür, daşıyıcı şirkət rəhbərliyi tərəfindən ciddi nəzarət yoxdur, işçi-rəhbər, eləcə də işçilərin öz aralarındakı münasibət heç kim tərəfindən tənzimlənmir. Təbii olaraq belə daşıyıcı şirkətlərdə özbaşınalıq və hərc-mərclik mövcuddur. Hətta bəzi xətlər üzrə fəaliyyət göstərən daşıyıcı şirkətlərdə çalışan sürücülər sərxoş halda avtobus idarə edir. Bəzi hallarda isə həmin sürücülərin müvafiq sürücülük kateqoriyası belə olmur. Gedib araşdırma aparsaq, görərik ki, sürücü şirkətdə ştata alınmayıb”.

“Sərxoş sürücülər, avtobus davaları, qəzalar bu formada aradan qalxacaq” - EKSPERT

Ekspert daşıyıcı şirkətlərin istismar müddətini başa vurmuş avtobuslardan istifadəsinin insanların həyatını təhlükəyə atdığını deyib:

“Belə nəqliyyat vasitələri ekologiyaya böyük zərər vurur. Habelə bu cür avtobuslarda təhlükəsizlik səviyyəsi də olduqca aşağıdır. Nəqliyyat vasitəsi hərəkətdə olan zaman sürücü hər hansı manevr etmək istədikdə qəza törədir və nəticədə sərnişinlər ağır xəsarət alır, hətta ölüm hadisələri baş verir. Daşıyıcı şirkətlərin xəttə buraxdığı avtobuslarda ən çox müşahidə olunan problemlərdən biri də oturacaqların yararsız və natəmiz vəziyyətdə olması ilə bağlıdır. Həmin marşrut sahibləri qanunsuz olaraq avtobusda olan oturacaqları çıxarırlar ki, daha çox sərnişin götürə bilsinlər. Bu da təhlükəsizlik baxımından olduqca mənfi bir haldır. Qış aylarında, yağışlı günlərdə yararsız avtobuslarla sərnişindaşıma olduqca risklidir, hər an qəza baş verə bilər”.

E.Cəfərovun sözlərinə görə, BNA özbaşınalıq olan şirkətlərin marşrut xəttini hərraca çıxarırsa, dövlət qurumu olaraq məsuliyyət daşıyır və nəzarəti gücləndirir:

“Qurum bu vaxta işini məqbul hesab etmədiyi bir neçə marşrut xəttini müsabiqəyə çıxararaq qayda-qanun yarada bilib. Agentlik həqiqətən də ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılmasına xüsusi həssaslıqla yanaşır. Düşünürəm ki, 142 saylı marşrut xəttinin hərraca qoyulması da yalnız vətəndaşların xeyrinə olacaq”.

25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti