Azərbaycanda 16 avtovağzal bağlanacaq
“Səbəb isə odur ki, həmin avtovağzallar pasportlar əldə etməyiblər”

Ölkədə qanunsuz fəaliyyət göstərən avtovağzallar sərnişinlərin həyatı üçün təhlükəlidir. Yol-xeber.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, 16 qanunsuz fəaliyyət göstərən avtovağzallar mövcuddur: “Avtovağzallar və avtostansiyalar haqqında əsasnamələr mövcuddur və bu əsanaməyə uyğun olaraq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ölkədə fəaliyyət göstərən və müstəqil olan avtovağzalların hər birinə rəsmi fəaliyyət göstərmək üçün pasport təqdim edir. Bu sənəd avtobusların dayanması, giriş-çıxış nöqtəsinin təyin olunması və avtovağzal ərazisində olan kassaların qanuni fəaliyyət göstərməsi üçün nəzərdə tutulub. Təbii ki, bu pasportlarda müəyyən kriteriyalar var. Avtovağzallar və avtostansiya kompleksləri həmin o əsasnaməyə uyğun şəkildə, infrastrukturla təmin olunmalı, vətəndaşlar hər cür şərait yaradılmalı, kassadan biletlərin alınması təmin olunmalı və bu kimi bir çox işlər görülməlidir”.

N.Allahyarova qeyd edib ki, ölkədəki 56 avtovağzal və avtostansiya kompleksindən 16-sı tərəfimizdən pasportlarla təmin olunmayıb: “Səbəb isə odur ki, həmin avtovağzallar pasportlar əldə etməyiblər. Buna görə də, DANX olaraq biz həmin avtovağzal və avtostansiya komplekslərinə bildiririk ki, əgər onlar bu şəkildə davam edərlərsə, cərimələnəcəklər. İlkin olaraq bu cərimə 1500 manat olacaq, ancaq onlar bilsinlər ki, bununla işlər yekunlaşmayacaq. Cərimədən sonra da, rəsmi sənəd əldə etməsələr, fəaliyyətlərinə xitam veriləcək”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda sözügedən 16 kompleksin 10-unda pasportun təmin olunması ilə bağlı işlər görülür, artıq danışıqlar başlanılıb. Digər 6 avtovağzala isə ciddi xəbərdarlıq olunub.

25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti