Koronavirus Azərbaycanın maşın bazarına da təsir edir
Avtomobillərin idxalında ciddi azalma müşahidə olunmayacaq

Dövlət Statistika Komitəsi tərəfindən 2019-cu ildə ölkəyə idxal edilən avtomobillərin sayı ilə bağlı rəsmi rəqəmlər elan edilib.

Belə ki, ötən il ərzində Azərbaycana 47 710 avtomobil idxal olunub. Bu, 2018-ci illə müqayisədə 65 faiz çoxdur. Eyni zamanda ölkəyə idxal edilən avtomobillərin 43156-sı minik avtomobilidir. Bu baxımdan minik avtomobillərinin sayında da ötən il 2018-ci illə müqayisədə artım qeydə alınıb.

Bu ilin yanvar, eləcə də fevralın geridə qalan günləri ilə bağlı hələlik rəsmi statistika elan edilməyib, lakin apardığımız monitorinqlər göstərir ki, Asiya və xüsusən də Çindən avtomobil idxalında azalma müşahidə olunacaq.

 

Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.

“Fitch Ratings” agentliyi tərəfindən aparılan monitorinqlər nəticəsində əldə edilmiş məlumata əsasən, bütün dünya üzrə koronavirusla bağlı olaraq Çindən avtomobilin idxalının həcmində azalma müşahidə edildiyini, o cümlədən, Azərbaycanın da Çindən avtomobil idxal etdiyini nəzərə alsaq, ÇXR-dən ölkəmizə də gətirilən avtomobillərin sayında azalmanın olacağı gözlənilir”, - deyə ekspert bildirib.

V.Bayramov qeyd edib ki, Çindən gətirilən avtomobillər hələlik Azərbaycana idxal edilən avtomobillərin strukturunda böyük paya malik deyil:

“Azərbaycana əsasən Avropa və ya yapon avtomobillərinin idxal olunduğunu və bu maşınların Azərbaycana başlıca olaraq Gürcüstandan gətirildiyini nəzərə alsaq, güman olunur ki, avtomobillərin idxalında ciddi azalma müşahidə olunmayacaq.

Nəzərə alsaq ki, Çindən gətirilən avtomobillərin qiyməti nisbətən ucuz idi, bu da məhz həmin maşınların ölkəyə idxalının azalacağı deməkdir. Çindən idxal olunan maşınların avtomobillərin seqmentində payı çox olmadığı üçün, bu, ümumi idxalın azalmasına gətirib çıxarsa da, kəskin azalmalar müşahidə olunmayacaq. Lakin koronavirusun miqyası genişlənərsə, digər Asiya ölkələrində də bu problem yaşanarsa, bütövlükdə Azərbaycana idxal edilən avtomobillərin sayında növbəti mərhələdə hiss edilən azalmalar ola bilər”.

25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti