Yol polisi şagirdlər arasında bilik yarışı keçirildi - VİDEO - FOTO
Eyni zamanda bu tədbirlər stimul verməklə yanaşı, uşaqlarda bu sahəyə marağı artırır

Bu gün Humanitar Fənlər Təmayüllü məktəb liseydə orta məktəb şagirdləri arasında yol hərəkəti qaydaları, təhlükəsizlik mövzusunda bilik yarışı keçirilib. Yol-xeber.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin təşəbbüsü, Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə keçirilən yarışda 4 komanda mübarizə aparıb. Şagirdlərə təqdim olunan müxtəlif suallara cavab verilib, əyləncəli oyunlar təşkil olunub. Bununla da şagirdlərin yol hərəkəti qaydaları haqqında bilikləri yoxlanıb. Bakı şəhər Dövlət yol polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür yarışların keçirilməsində əsas məqsəd uşaqlarda yol hərəkəti qaydaları haqqında biliklərin möhkəmləndirilməsi, gələcəkdə onların cəmiyyətdə fəaliyyətini düzgün qurmasına hesablanıb."Düşünürəm ki, biz maarifləndirmə işlərini məktəblərdə aparmaqla gələcəyin təhlükəsizliyi dərk edən vətəndaşını yetişdirə bilərik. Eyni zamanda bu tədbirlər stimul verməklə yanaşı, uşaqlarda bu sahəyə marağı artırır. Ümid edirəm ki, analoji tədbirlər öz nəticəsini verəcək." 
Qeyd edək ki, yarışda qalib gələn komandalara yol polisi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

 

25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti