Nəqliyyat eksperti: “Bəzi icra başçıları Bakını qarış-qarış satdılar, indi də biz bunun yaratdığı problemləri görürük”
Bina tikən adam Yol Polisindən, Bakı Nəqliyyat Agentliyindən razılıq almalıdır

Məlum olduğu kimi, ötən gün Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib. Qəbulda Bakının nəqliyyat problemləri, görülən işlər müzakirə olunub. 

Yol-xeber.az-ın məlumatına görə məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, ölkə Prezidenti vətəndaşların problemlərindən məlumatlıdır.

“Əvvəlcə şərait yaradılmalıdır, sonra cərimə tətbiq olunmalıdır. İstər Dövlət Yol Polisi, istərsə də Bakı Nəqliyyat Agentliyi nəzarət edəndə cərimələrin yazıldığı müşahidə edilir, bu da müəyyən qədər narazılıq yaradır”.

 

Ekspert bildirib ki, qaydalar hamı üçündür, ancaq qaydalara riayət olunması üçün şərait yaradılmalıdır. “Bəzən qurumlar fərxlə bəyan edir ki, filan qədər cərimə yazılıb, ötən ilə nisbətən daha çox cərimə yazılıb və s. Mən bunun əleyhinəyəm, burada qürur duyulası bir şey yoxdur. Məsələyə həssas yanaşmaq lazımdır, aydınlaşdırılmalıdır ki, bu qədər qayda niyə pozulub. Bununla bağlı araşdırma aparmaq lazımdır, əgər çox cərimə yazılırsa, demək vəziyyət yaxşı deyil. Məsələyə bu aspektdən yanaşılmalıdır. Cənab Prezident də onu ifadə etdi ki, insanların şəraitini yaxşılaşdırmaq lazımdır, dayanma-durma üçün yerlər yaradılmalıdır, sonra cərimə barədə düşünmək lazımdır. Bakıda lazımsız yerlərdə dayanma-durmanı qadağan edən nişanlar qoyulub, illərdir bu vəziyyət belədir. Bəzi adamlar var ki, onlar qaydaları sərt şəkildə pozur, onlara qarşı mübarizə daim aparılmalıdır”.

E.Muradlı deyib ki, Bakıda bir çox yerlər var, həmin yerlərdə axşam saat 8-dən sonra bir sıra səliqəli parklanma etmək heç kimə mane olmur.

“Düşünürəm ki, belə yerlərdə araşdırılma aparılmalı, əgər mümkün olarsa axşam saatlarında parklanmaya icazə verilməlidir. Xəstəxanaların, məktəblərin ətrafında parklanma üçün şərait yaradılmalıdır. Şərait olmadığı üçün qayda pozuntuları olur. Təəssüflər olsun ki, bəzi icra başçıları Bakını qarış-qarış satdılar, indi də biz bunun yaratdığı problemləri görürük. Bu dövlətimiz üçün ağır bir yükə çevriləcək. İllər sonra avtomobilləşmə çoxaldıqca bu ağır yükü daha çox hiss edəcəyik. Bu məsələlər elə həll olunmalıdır ki, 15-20 ildən sonra biz bu məsələyə bir də qayıtmayaq”.

O bildirib ki, qanunun tələbinə görə bina tikilərkən onun sakinlərinin parkinq məsələsi öz həllini tapmalıdır.

“Amma indi bəzi şirkətlər binanı tikirlər, avtomobil parklanması üçün yeri vətəndaşlara baha qiymətə təklif edirlər. Bir otaqlı evin qiymətinə qaraj satırlar, bunu da vətəndaşların əksəriyyəti ala bilmir. Diqqət yetirsək görərik ki, harada yeni bina tikilibsə, həmin ərazidə problem yaranır. Bina tikən adam Yol Polisindən, Bakı Nəqliyyat Agentliyindən razılıq almalıdır. Ancaq buna məhəl qoymayıb bina tikirlər, sonra da həmin ərazilərdə avtomobil sıxlığı, tıxac yaranır. Həmin adamlar məsuliyyətə cəlb edilməlidir”.

25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti