Ekspert: “Qəsəbələrdə habların yaradılmasına ehtiyac var”
Həmin qəsəbələrdə yaşayan insanlar bələdiyyə sədrləri, bələdiyyə üzvləri ilə işlər aparılsın

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən qəsəbələrdə kiçik habların yaradılması nəzərdə tutulub. Bu barədə Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli fevralın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

Yol-xeber.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov "Report"a açıqlamasında yeni habların yaradılmasının vacibliyindən danışıb:

“Əvvəllər “Koroğlu” metrostansiyası yaxınlığında avtobusların toplanma məntəqəsi var idi. Sonra orada Bakıətrafı qəsəbələrə gedən sərnişinlərin rahatlığı üçün hab yaradıldı. Bu, çox müsbət bir hal idi. Lakin digər bir istiqamət var ki, həmin istiqamətdə bir qədər işlər aparılmalıdır. Bu, Bakı-Sumqayıt, Bakı-Şamaxı istiqamətində olan ərazidir ki, həmin ərazidəki qəsəbələrdə yaşayan insanlar şəhərə gəlib-getməkdə çətinlik çəkirlər. Əks istiqamətdə problemlər “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması ilə həll olunsa da, bu istiqamətdə hələ də qalır. Həmin ərazidə hərəkətin yaxşılaşdırılması üçün yeni avtobuslar gətirilməlidir. Bundan əlavə, Bakı şəhərinin bütün ətraf qəsəbə və kəndlərinə gedən yollarda çoxlu habların yaradılmasına ehtiyac var. Çünki bu ərazilərdən şəhərə axın çox böyükdür. Lakin Bakı-Sumqayıt və Bakı-Şamaxı istiqamətində hərəkət etmək üçün “20 Yanvar” metrostansiyası ətrafında və “Şamaxinka” ərazisində hab yaratmaq mümkün olmayacaq. Həmin ərazidə yolllar, körpülər və digər obyektlər bir-birinə o qədər sıx yerləşir ki, hab yaratmaq mümkün deyil. Ona görə də habların şəhər kənarında, daha doğrusu, şəhərin hüdudlarının bitdiyi yerlərdə qurulması daha məqsədəuyğundur. O ərazilər üzərində BNA təhlil işləri aparmalı və müəyyən layihə təklifləri ilə çıxış etməlidir. Burda vacib amillərdən biri odur ki, ictimaiyyətin fikri nəzərə alınsın. Həmin qəsəbələrdə yaşayan insanlar bələdiyyə sədrləri, bələdiyyə üzvləri ilə işlər aparılsın. Habların harada yaradılması, hansı nəqliyyat vasitələrinin olması, onların hansı saatlarda işləməsi və digər məsələlərlə bağlı bu şəxslərlə danışılsa, yaxşı olar”. 

 

Qeyd edək ki, Prezidentin qəbulunda V.Kərimli yeni habların dairəvi dəmir yolunun ətrafında yaradılmasının planlaşdırıldığını deyib.

25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti