|
Bakıda qaydaları kobud şəkildə pozan sürücülər Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, paytaxtın İnşaatçılar prospektində avtomobili səkiyə paralel park edən nəqliyyat eksperti, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı geri qayıdan zaman qəribə mənzərə ilə üzləşib. 99 AR 017 dövlət nömrə nişanlı "İnfiniti", 99 DP 689 dövlət nömrə nişanlı "Nissan" və 90 BV 015 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillərin sürücüləri ikinci cərgədə park edərək gediblər. Baş redaktor avtomobili 10 dəqiqəyə qədər park yerindən çıxarda bilməyib. Nəhayət, qarşıdakı maşının sürücüsünə yaxınlaşan E.Muradlı ondan avtomobili biraz irəli sürməyi xahiş edib və beləcə, mühasirədən çıxa bilib.
Videonu təqdim edirik və ümid edirik ki, sürücülər barəsində müvafiq tədbir görüləcək.