DYP, FHN və təcili yardım avtomobilləri birgə təlimlərə cəlb edildi - QƏZALARA QARŞI
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti alayının 11-ci tağımının ərazisində (Masallı rayonunda) təlim təşkil olunub

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Bakı-Astara magistral avtomobil yolunun 140-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol patrul xidməti alayının 11-ci tağımının ərazisində (Masallı rayonunda) təlim təşkil olunub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, təlimə FHN-in Cənub Regional Mərkəzinin 1 ədəd xüsusi təyinatlı texnikası və 1 ədəd avtomobili, Masallı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 1 ədəd xüsusi təyinatlı texnikası, Daxili İşlər Nazirliyinin (DİN) BDYPİ-nin 4 ədəd xüsusi təyinatlı avtomobili, Lənkəran Şəhər-Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin 1 ədəd avtomobili, Masallı Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin 1 ədəd avtomobili, Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lənkəran məntəqəsinin 1 ədəd təcili tibbi yardım avtomobili, Masallı məntəqəsinin 1 ədəd təcili tibbi yardım avtomobili və Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyasının Regional məntəqəsinin 113 xidmətinin 1 ədəd təcili tibbi yardım avtomobili və ümumilikdə 60 nəfər canlı qüvvə cəlb edilib.

Təlim zamanı nəqliyyatda baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və birgə fəaliyyətin təşkili məqsədilə keçirilən təlimdə qəza xilasetmə işlərinin aparılması, yanğın təhlükəsizliyinin təmin olunması, yaralıların təxliyəsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və qəza zamanı yol hərəkətinin idarə olunması üzrə əməliyyatlar həyata keçirilib.

25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti