BNA nümayəndələri beynəlxalq sərgi-konfransında iştirak edib - FOTO
Mütəmadi olaraq bu istiqamətdə layihələr həyata keçirilir.

Ukraynanın paytaxtı Kiyev şəhərində “Smart Building 2020” beynəlxalq ixtisaslaşmış sərgi-konfransı keçirilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sayca 4-cü olan sərgi-konfransda Bakı Nəqliyyat Agentliyinin nümayəndələri də iştirak edib. İki gün davam edən sərgi-konfransda "ağıllı şəhər" sistemləri və avtomatlaşdırma eləcə də, ağıllı həllər sahəsində əldə olunan son nailiyyətlər təqdim olunub. 
Sərgi çərçivəsində, keçirilən görüşlərdə əsas diqqət şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılmasına imkan verən texnologiyalara yönəldilib. Eyni zamanda, ukraynalı mütəxəssislərə Bakı şəhərinin nəqliyyat sisteminin modernləşdirilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. 
Qeyd edək ki, şəhər yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Mütəmadi olaraq bu istiqamətdə layihələr həyata keçirilir. Eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılması bu sahədə icra olunan ən son layihələrdəndir.

 

 
25 Aprel 2025 Prezidentin Fərmanı: ADY təhlükəli yüklərin daşınmasında artıq lisenziya və icazə almadan fəaliyyət göstərə biləcək
25 Aprel 2025 Aprelin 26-da 32 dərəcə isti olacaq
25 Aprel 2025 Azərbaycanda bu gündən hava pisləşir
24 Aprel 2025 Leyla Əliyeva Çin Milli İnsan Genomu Mərkəzində olub
24 Aprel 2025 Səhiyyə Nazirliyi MƏLUMAT YAYDI - Aprelin 27-dən mayın 3-dək...
24 Aprel 2025 Tələbələrimiz qondarma “erməni soyqırımı” ilə bağlı tədbiri ləğv etdirdilər
23 Aprel 2025 Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur
23 Aprel 2025 AQTA-da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi
23 Aprel 2025 Kamaləddin Qafarov: “Azərbaycan-Çin əməkdaşlığı Avrasiya üçün mühüm əhəmiyyətə malikdir”
22 Aprel 2025 Sabah 29° isti olacaq
22 Aprel 2025 Ölkə üzrə aprel ayının pensiya ödənişi yekunlaşıb
22 Aprel 2025 Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamda muzeydə - Fotolar
21 Aprel 2025 Xarici banklar Bakı metrosu üçün kredit ayıra bilər
21 Aprel 2025 Sabah 27 dərəcə isti oIacaq
21 Aprel 2025 Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
21 Aprel 2025 Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
21 Aprel 2025 Bu ödənişləri gecikdirsəniz də, adınız - “Qara siyahı”ya düşməyəcək
21 Aprel 2025 Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salındı
19 Aprel 2025 Daha bir qanunsuz tikili söküldü - Video

Xəbər lenti