Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar sabah Bakıda 7 marşrut xəttinin yolu dəyişdiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, məlum anım tədbiri ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından, 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.