|
Bunu açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, insanlar qaydalara riayət etməzlərsə proses yenidən geri qayıda bilər. “Bu da ağır nəticələrə səbəb ola bilər. İnsanlarımızın çoxunda hələ də bu təhlükənin ciddiliyi hiss olunmur. Son günlərdə müşahidələrimiz bunu deməyə əsas verir. Bu çox ciddi narahatçılıq yaradan məsələdir”- deputat bildirib.
O bildirib ki, bu istiqamətdə maarifləndirmə işlərini gücləndirmək lazımdır. “Hesab edirəm ki, bununla paralel olaraq qaydalara riayət emtəyən, maska gəzdirməyənlər məsuliyyətə cəlb olunmalıdır. Çünki maskasız gəzmək ciddi fəsadlara gətirib çıxara bilər. Maska gəzdirməklə insan təkcə özünü deyil, digərini qorumalıdır. Epidemiyanın təkrar qayıtmaması üçün cəzalar sərtləşdirilməli, buna ciddi əməl olunmalıdır. Qaydalara riayət etməyənlər məsuliyyətə cəlb olunmalıdır”- F. Mustafa bildirib.