Kamran Əliyev baş prokuror seçiləndən sonra ilk islahatlara bəzi rayon prokurorlarını təqaüdə göndərməklə başladı. 6 rayonun prokurorunu, 1 ədliyyə generalını yaşla əlaqədar təqaüdə göndərdi. Əslində, yaşla əlaqədar prokurorluq sistemində çox prokurorlar təqaüdə göndərilməlidir. 

Prokurorluq sistemində gedən islahatlarla bağlı 1993-1994-cü illərdə ölkənin baş prokuroru işləmiş Əli Ömərov “Yeni Sabah”a açıqlamasında  Kamran Əliyev haqda danışıb: “Mən baş prokuror olanda Kamran Əliyev Rusiyadan mənə ərizə verdi ki, Azərbaycana gəlmək istəyirəm. Mən də onu qəbul elədim, gördüm savadlı oğlandı, hüquq elmlər namizədidir, əmrini verdim Azərbaycana prokurorluq sisteminə işə götürdüm. Həmçinin, Zakir Qaralovu o vaxt prokurorluq sistemindən qovmuşdular, mən onu yenidən bərpa elədim işinə”.

İşdən çıxarılan Xətai rayon prokuroru Yusif İldırımzadə və Nəsimi rayon prokuroru Salman Məmmədli barədə danışan Ə. Ömərov deyib ki, Yusif İldırımzadə savadlı mütəxəssis olub: “Gəncədə bir yerdə işləmişik. Salman müəllimi də tanıyıram, mənim vaxtımda da işləyib. İndi necə işləyib, nə təhər işləyib onu ondan yuxarı orqanlar bilər”.

Ə. Ömərov DTX-nın əməliyyat apardığı rayonlarda işləyən hüquq-mühafizə orqanlarının yarıtmaz fəaliyyəti haqda suala cavab olaraq bildirib ki, qanunu hamı yerinə yetirməlidir: “Vəssalam. İcra hakimi də, rayon prokuroru da, rayon polis şöbəsinin rəisi də hamısı qanunlara əməl eləməlidir. Onların işləyib-işləməməyini camaat yaxşı görür. Mən nə deyə bilərəm. Rayon prokurorları camaatın şikayətləri barədə tədbir görə bilməyiblərsə, özlərindən yuxarı prokurora göndərməli idilər ki, mənə belə şikayət olunub səlahiyyətim çatmır və bacarmıram, xahiş edirəm bir tədbir görəsiniz”.

27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır

Xəbər lenti