|
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, polis əməkdaşları hərəkətin intensiv olduğu, insanların daha çox toplaşdığı ərazilərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah ediblər. Belə ki, insanlarla təmas zamanı 2 metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb. Həmçinin, RPŞ-nin əməkdaşları tərəfindən maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylanılıb.