|
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edənlərə müraciət ünvanlayıb.
Liftdən istifadə zamanı aşağıdakı qaydalara əməl etmək vacibdir:
– Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun
– Maska taxın
– Əgər liftdə çox insan varsa, minməyin, növbəti gedişi gözləyin
– Lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın. /Yeniavaz.com/