Azərbaycanda “uşaq pulu”veriləcək?

“Azərbaycanda uşaqların problemi doğumdan başlayır. Ölkəmizdə uşağın doğulması üçün xəstəxanalarda 600-2000 manat və bəzi hallarda daha yüksək məbləğ tələb olunur”.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib.

Ə.Vəliyev deyib ki, bağçalara qəbul hələ də elektron olmadığı üçün uşağın bağçaya qoyulması üçün dövlət bağçalarında 400-600 manat vəsait tələb olunur: “Dövlət bağçalarında qeyri-rəsmi olaraq aylıq ödəniş 20-60, özəl bağçalarda isə 1000-1500 manat tələb olunur. Məktəblərə qəbul son illərdə şəffaflaşdırılmağa doğru getsə də, hələ də bəzi məktəblərdə müxtəlif bəhanələrlə uşaqlardan pul yığılmaqda davam edilir. Uşaqların valideynləri tərəfindən təhsildən uzaqlaşdırılması, qız uşaqlarının yetkinlik yaşına çatmadan ərə verilməsi kimi hallar hələ də yaşanmaqdadır”.

Ə.Vəliyevin sözlərinə görə, Azərbaycanda uşaqların ən böyük problemi onların uzun illər öncə “uşaq pulu”ndan məhrum edilməsidir: “Hazırda yeni doğulan uşağa görə birdəfəlik müavinət 200 manatdır. Bu heç doğum xərcinin üçdən birini qarşılamır. Əlil uşaqlara 150 manat müavinət verilir. Çoxuşaqlı ailələr üçün isə yalnız 5-ci uşaqdan sonra müavinət verilir. Bu gün uşaq pulu verilmədiyi üçün maddi vəziyyəti yaxşı olmayan ailələrdə ana düzgün qidalana bilmir və buna görə də uşaq ana südü ilə təmin olunmur. Bu zaman uşaq qidaları alınmalıdır ki, ölkəmizdə bu qidalar da çox bahadır. Uşaqların normal inkişafı, sağlam qidalanaraq böyüməsi üçün uşaq pulunun bərpasına ehtiyac var. Sosial vəziyyəti ağır olan ailələrə belə bir yardımın verilməsi təbii ki, böyük dəstək olacaq. Çünki uşaqların aylıq xərcləri kifayət qədər yüksəkdir. Bir çox hesablamalar onu göstərir ki, hətta uşağa yaşlı insandan daha çox xərc tələb olunur. Çünki onun saxlanma şəraiti, xüsusilə yeməkləri, tibbi xərcləri ilə bağlı bir çox xərclərin olması ailələrə böyük maddi yük olur. Azərbaycanda uşaqlara qayğıdan danışmaq üçün öncə uşaq pulu bərpa edilməlidir. O zamana kimi uşaqlara qayğıdan danışmağa haqqımız yoxdur”.

Ə.Vəliyev deyib ki, ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir: “Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunudur”.  bizimyol.info

02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”
30 Aprel 2025 Ötən il Azərbaycanda 1 yaşa qədər neçə uşaq ölüb? - STATİSTİKA
29 Aprel 2025 Mayın 1-dən QÜVVƏYƏ MİNİR
29 Aprel 2025 “Bakı Metropoliteni” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilmiş tədbir keçirilib
29 Aprel 2025 Sökülən evlərə görə təzminat belə hesablanır
29 Aprel 2025 Bakıdakı məşhur restoranlar cərimələndi - Siyahı
29 Aprel 2025 Vətəndaşlar polis rəislərinə birbaşa müraciət edəcəklər - Video
29 Aprel 2025 FHN və ADY birgə təlim keçirdi - Video
29 Aprel 2025 Artilleriya bölmələri ilə döyüş atışları keçirildi
28 Aprel 2025 Xocalı şəhərinə növbəti köç karvanı yola salınıb
28 Aprel 2025 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 102 il ötür

Xəbər lenti