Son dəqiqə! Azərbaycanda koronavirusun ikinci dalğası başlayıb?
"Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik. Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir".

 Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
"Hazırda koronavirusun ikinci dalğasını yaşamaqdayıq. İkinci dalğanın irəlidə necə davam edəcəyi sosial məsuliyyətdən asılıdır".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Maraqlıdır, ölkədə pandemiya statistikasını nəzərə alsaq, hazırda ikinci dalğanı yaşayırıq?
Bununla bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov sonxeber.az-a açıqlama verib. O, bu barədə heç bir məlumatının olmadığunu bildirib:

"Bu bərədə mən bir söz deyə bilmərəm, belə bir hesablama yoxdur. Bu barədə dəqiq məlumat yoxdur".
 
Tibb eksperti Adil Qeybulla isə məsələyə tibbi baxımdan yanaşaraq hazırda ölkmizdə pandemiyanın ikinci dalğasının yaşanmadığını açıqlayıb. Ekspert qeyd edib ki, dalğalanma hər artımda müşahidə edilən proses deyil, sönərək yenidən alovlanan prosesdir:
"İkinci dalğanın yaranması prosesində sönmə və yenidən başlama mərhələsi müşahidə edilir. Ümumiyyətlə bütün dünya üzrə götürəndə ikinci dalğadan danışmaq hələ tezdir. Çünki hələ bəzi ölkələrdə problem lokallaşdırılıb. Məsələn Çini buna misal göstərmək olar. Bəzi ölkələrdə isə virusun yayılması davam edir. Müasir təbabətin əlində xeyli imkanlar olmasına baxmayaraq görünən odur ki, hələ pandemiya ilə mübarizədə effektiv tədbirlər mexanizmi ortada deyil. Biz yay aylarının sonu və payızda hansı mənzərə ilə qarşılaşacağımızı deyə bilmərik".

Tibb eksperti həmçinin rayonlarda koronavirusun yayılma arealına da münasibət bildirib. Adil Qeybulla xəstəliyin yayılma coğrafiyasının artmasını icazələr zamanı insanların sosial izolyasiya qaydalarını pozması nəticəsində baş verdiyini qeyd edib:
"Əvvəl düşünürdük ki, Azərbaycanda görülən sərt karantin tədbirləri infeksiyanı lokallaşdırmağa imkan verəcək. Doğrudan da rayonlarda demək olar ki, infeksiya yox idi.Bakı şəhərində xəstəlik lokallaşdırılmış və Azərbaycanda pandemiya ilə bağlı çox yaxşı nəticələr vermişdi. Buna baxmayaraq karantin dövründəki icazələr zamanı insanlar qaydaları pozmağa başladılar. Bu onu göstərirdi ki, yoluxma coğrafiyası həm genişlənəcək, həm dinamikası artacaq. Həmin məqamın yaşanması da çoxsaylı itkilər deməkdir. Mən düşünürəm ki, biz xroniki olaraq ən azı bir dalğa da yaşaya bilərik. ÜST-ün konkret tövsiyyələri ortada olmalıdır ki, bütün dövlətlər ona riayiət etsin".

28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
26 Noyabr 2024 Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”
26 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentımiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar

Xəbər lenti