|
Bakı-Qazax-Gürcüstan respublikası ilə dövlət sərhədi avtomobil yolunun 484-cü kilometrində yol nişanları standarta uyğun olmayan şəkildə quraşdırılıb. Yol-xeber.az xəbər verir ki, 70 və 50 nişanları eyni dirək üzərində bərkidilib. Sürücülər hərəkət zamanı hansı nişana riayət etməli olduqlarını bilmirlər.
Quraşdırılan nişanların üzərinə isə işıq qaytarıcı lentlər yapışdırılıb. Yol Hərəkəti Haqqında Qanunda yol nişanlarının bu cür tətbiq edilməsi nəzərdə tutulmayıb.
Qeyd edək ki, təmir işləri yolun hərəkət hissəsindən xeyli kənarda getməsinə baxmayaraq, hərəkət sürətini 30 kilometr saata endiriblər. Hərəkət hissəsində heç bir maneə, təhlükə yoxdursa sürəti bu qədər aşağı endirməyə ehtiyac yoxdur.