Heyvanlarla rəhmsiz davranan insanlar həbs edilməlidir.

Onlar üçün qanunla nəzərdə tutulan cərimə kifayət deyil.

Bu sözləri Axar.az-a hüquqşünas Mobil Vəkiloğlu bir neçə gün öncə Sumqayıtda naməlum şəxslər tərəfindən sahibsiz itin gözlərinin çıxarılması ilə bağlı danışarkən deyib. O bildirib ki, həmin şəxslər tapılaraq inzibati məsuliyyətə cəlb edilməlidir. Çünki heyvanlara qarşı qəddarlıq nümayiş etdirənlər cəmiyyət üçün də təhlükəlidirlər:

“İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində heyvanlarla rəhmsiz davranmağa görə yalnız 500 manat cərimə nəzərdə tutulub. Belə qəddar insanlar qanunla cərimələnsə də, bir çox hallarda əməllərinə davam edirlər. Hətta çoxlarını tapmaq olmur. Bu da onları qorxutmur və belələri həm heyvanlar, həm də insanlar üçün təhlükəyə çevrilə bilirlər.

Bir çox Avropa ölkəsində heyvan ölümünə görə cinayət işi açılır. Məsələn, İsveçdə meşədə aşkar edilmiş heyvan ölümünə görə cinayət işi başladılıb”.

M.Vəkiloğlu vurğulayıb ki, heyvanlara qarşı qəddarlığa görə həbsin müddəti hadisənin neçə dəfə təkrarlanmasına görə dəyişməlidir:

“Təklif edərdim ki, heyvanlara xüsusi qəddarlıqla yanaşan insanlara birinci dəfə törətdiyi halda 10 gün, həmin qəddarlığı təkrarladığı halda 30 gün müddətinə inzibati həbs verilsin”.

Qeyd edək ki, Sumqayıtda naməlum şəxslər sahibsiz küçə itinin gözlərini çıxararaq, onu yarımcan halda yaşayış bloklarından birinin girişinə atıblar. Heyvanı o vəziyyətdə bina sakinləri tapıb və onu dərhal Sumqayıt Baytarlıq İdarəsinə aparıblar. İlkin müayinədən sonra it reabilitasiya keçmək üçün Evsiz Heyvanların Müdafiə İctimai Birliyinin Mərdəkan qəsəbəsində yerləşən sığınacağına aparılıb.

Sumqayıt Baytarlıq Xidməti tərəfindən hadisəni törədən şəxsin tapılması üçün Sumqayıt Şəhər Polis İdarəsinə məlumat verilib.

26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA
26 Noyabr 2024 “Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ: 45 gün ərzində...
26 Noyabr 2024 Yol polisi piyadalara ÇAĞIRIŞ ETDİ
25 Noyabr 2024 Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar
25 Noyabr 2024 Eldar Quliyev: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin unikal xarici siyasət kursu və incə diplomatiyası sayəsində Azərbaycan regional gücdən qlobal oyunçuya çevrilməkdədir”
25 Noyabr 2024 Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
25 Noyabr 2024 Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
25 Noyabr 2024 Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
23 Noyabr 2024 Azərbaycanda Bazar gününün havası açıqlandı
23 Noyabr 2024 COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
23 Noyabr 2024 Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”
22 Noyabr 2024 Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
22 Noyabr 2024 Qazaxın işğaldan azad olunan kəndlərinə belə nəzarət olunur - FOTOLAR + VİDEO
22 Noyabr 2024 Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
22 Noyabr 2024 DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
22 Noyabr 2024 Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
21 Noyabr 2024 Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
21 Noyabr 2024 Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
21 Noyabr 2024 Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı

Xəbər lenti