Bu şəxslər rayonlara gedə bilərlərAzərbaycanda 13 şəhər və rayonda tədbiq edilən sərt karantin rejimində müəyyən yumşalmalar tədbiq edilir. Belə ki, avqustun 18-də açıq havada olan ictimai iaşə obyektlərinin fəaliyyətinə icazə verilib. Bu gün hər kəsi maraqlandıran məsələ rayonlara gediş-gəlişə nə zaman icazə verilməsidir. Koronavirus testindən keçən şəxslərin rayonlara gediş-gəlişinə icazə verilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, müəyyən yumşalma prosesləri getdiyinə görə Bakı şəhərində çimərliklərdə, restoranlarda və iaşə obyektlərində insanların sıxlığı müşahidə olunur:
"Sıxlığı təbii yollarla, yəni havaların isti keçməsini nəzərə alaraq və pandemiya şəraitinə uyğun müəyyən edilmiş qaydalara əməl edilməklə insanların rayonlara getməsini şərait yaradılmaldır. Təbii ki, bu müəyyən Bakı şəhərində sıxlığın və basabasın ortadan qaldırılmasına da kömək edəcək. Eyni zamanda ibu nsanlarımız istirahət etməsi ilə yanaşı Bakı şəhərini boşatmasına və buradakı restoranlarda, iaşə obyektlərində virusun yayılmasının qarşısını alınması üçün də effektli olar. Burada əsas hansı çərçivədə insanların rayonlara buraxılması məsələsidir. Bu barədə mütəxəssislər daha doğru qərar verə bilər".

Deputat qeyd edib ki, rayona gedib istirahət mərkəzlərində və kirayə ev tutmaq vətəndaşların müəyyən qədər maddi imkanı yəqin ki, vardır. İnsanlarımız koronavirus testindən keçərək rayonlara gedə bilər. Əlbəttə analizin qiyməti normal standartlarda olmaq şərti ilə. Polis postlarında koronavirus testinin nəticəsini göstərməklə rayonlarda koronavirusun yoluxma sayının artma ehtimalını sıfıra endirər. Təbii ki, bunlar müxtəlif təkliflərdir. Hesab edirəm ki, Operativ Qərargahdakı mütəxəssislər bu təkliflərin hansının daha doğru olduğunu bizdən yaxşı bilir. Biz təkliflərimizi bölüşürük. Dövlətimizin əsas məqsədi insanlarımızın təhlükəsizliyini və sağlamlığını qorumaqdır. Ondan sonra isə vətəndaşın istirahət hüququnun təmin edilməsi, sosial və iqtisadi cəhətdən düşmüş olduğu problemdən çıxarılması və digər amillərdə nəzərə alınmalıdır".
29 Noyabr 2024 Onları 5 ilədək həbs gözləyir
29 Noyabr 2024 Məktəbə Natiq Qasımovun adı verildi
29 Noyabr 2024 Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”
29 Noyabr 2024 Ali Məhkəmədən mirasla bağlı yeni qərar
29 Noyabr 2024 Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?
29 Noyabr 2024 Bu yolda sürət həddi bərpa edildi
28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA

Xəbər lenti