Azərbaycanda ödənişli yol - Pulunu ver, saatda 120 ilə sür   - VİDEO

Bakı-Quba-Rusiya avtomagistralın 30 km hissəsi artıq hazırdır. Ödənişli yol əvvəlki yoldan fərqli olaraq 50 km qısaldılıb. Sürücülər yeni magistral avtomobil yoldan istifadə üçün nə qədər ödəməlidir? Bununla bağlı hər hansı tarif müəyyən edilibmi? Avtosfer.az ATV-yə istinadla xəbər verir ki, Xızı rayonun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən ödənişli avtomagistralında layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb.

Yolun əsas üstünlüklərindən biri odur ki, bu yoldan hərəkət edənlər heç bir yaşayış məntəqəsini görmür. Belə ki, Bakıdan start götürən sürücü Rusiyaya kimi rahat və təhlükəsiz saatda 120 km sürətlə hərəkət edir. Sadəcə sürücülər bu yoldan istifadə üçün xüsusi kart əldə edərək, balansını artıracaq və yolda hərəkətini davam etdirəcək.

Rusiyaya aparan ödənişlin yolun birinci mətəqəsində işlər artıq yekunlaşıb. Birinci məntəqə 4 keçiddən ibarətdir. Keçidlərdən biri xüsusi xidmət avtomobillərə aid olan keçiddir.

İkinci keçid isə sürətli keçid adlanır. Buradan isə yalnız o avtomobillər hərəkət etmiş olacaq ki, onlar bu keçiddə dayanmadan düz 5-ci məntəqəyə qədər yolu dəf etməli olacaq. Onların kart balansından pul isə sonuncu keçiddə çıxılacaq. Digər keçidlər isə adi keçidlər sayılır.

Bu yoldan istifadə edən sürücülər avtomobilinin alın şüşəsinə Cipli kart yapışdıracaq. Keçidlərdə quraşdırılan avadanlığın içərsindəki xüsusi sistem buradan hərəkət edən həmin nəqilyyat vasitəsini dərhal tanıyacaq.

Yol, turizm və kənd təsərüfatı üçün də əlverişli zəmin yaradacaq.

Anar Nəcəfli - AYDA-nın mətbuat katibi: "Yeni avtomobilin tikilməsi ölkədə nəqliyyatın daha da yaxşılaşdırılması ilə yanaşı bölgədə turizmin inkişafına təkan verəcək və dəhlizlə yük daşınmasına əsas rol oynayaraq ölkənin iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkaşafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində bir çox sosial problemlərin həllinə də şərait yaradacaq".

Yeni magistral avtomobil yolundan istifadə üçün hələ ki, konkret tarif müəyyən edilməyib. Bununla bağlı təkliflər artıq Nazirlər Kabinetinə göndərilib.

Qeyd edək ki, Bakı-Quba-Rusiya ödənişli avtomagistralın ümumi uzunluğu 150 km olacaq. Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Digər işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

 

 
 
 
 
29 Noyabr 2024 Onları 5 ilədək həbs gözləyir
29 Noyabr 2024 Məktəbə Natiq Qasımovun adı verildi
29 Noyabr 2024 Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”
29 Noyabr 2024 Ali Məhkəmədən mirasla bağlı yeni qərar
29 Noyabr 2024 Söküntü aparılan ərazilərdə KOMPENSASİYA NECƏ HESABLANMALIDIR?
29 Noyabr 2024 Bu yolda sürət həddi bərpa edildi
28 Noyabr 2024 Oyuncaqların uşaqların xarakterinə TƏSİRİ: Psixoloqdan AÇIQLAMA
28 Noyabr 2024 Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək
28 Noyabr 2024 Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib
28 Noyabr 2024 Veteran pulu minimum 120 manat olacaq? - VACİB AÇIQLAMA
28 Noyabr 2024 Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib
27 Noyabr 2024 5 ildə əlilliyə görə orta pensiya 2,3 dəfə, müavinətlər isə 3,5 dəfə artıb - Sahil Babayev
27 Noyabr 2024 Millət vəkillərimiz hər kəsdən gözəl başa düşür ki... - Nazir
27 Noyabr 2024 Əlillik almaq çətindirsə, bu il 41 min insan bunu necə alıb? - Sahil Babayev
27 Noyabr 2024 Bunu etsək, pensiya sistemi çökər - Nazir
27 Noyabr 2024 Qadınların pensiya yaş həddi endirilsin - Deputatlardan təklif
27 Noyabr 2024 Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
27 Noyabr 2024 TƏBİB: COP29 zamanı ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib
26 Noyabr 2024 Deputat bəzi sahələrə ayrılacaq pulun miqdarını və siyahısını açıqladı
26 Noyabr 2024 Təhsil müəssisələrindəki istilik problemi ilə bağlı rəsmi AÇIQLAMA

Xəbər lenti