Azərbaycanda ödənişli yol - Pulunu ver, saatda 120 ilə sür   - VİDEO

Bakı-Quba-Rusiya avtomagistralın 30 km hissəsi artıq hazırdır. Ödənişli yol əvvəlki yoldan fərqli olaraq 50 km qısaldılıb. Sürücülər yeni magistral avtomobil yoldan istifadə üçün nə qədər ödəməlidir? Bununla bağlı hər hansı tarif müəyyən edilibmi? Yol-xeber.az ATV-yə istinadla xəbər verir ki, Xızı rayonun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən ödənişli avtomagistralında layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb.

Yolun əsas üstünlüklərindən biri odur ki, bu yoldan hərəkət edənlər heç bir yaşayış məntəqəsini görmür. Belə ki, Bakıdan start götürən sürücü Rusiyaya kimi rahat və təhlükəsiz saatda 120 km sürətlə hərəkət edir. Sadəcə sürücülər bu yoldan istifadə üçün xüsusi kart əldə edərək, balansını artıracaq və yolda hərəkətini davam etdirəcək.

Rusiyaya aparan ödənişlin yolun birinci mətəqəsində işlər artıq yekunlaşıb. Birinci məntəqə 4 keçiddən ibarətdir. Keçidlərdən biri xüsusi xidmət avtomobillərə aid olan keçiddir.

İkinci keçid isə sürətli keçid adlanır. Buradan isə yalnız o avtomobillər hərəkət etmiş olacaq ki, onlar bu keçiddə dayanmadan düz 5-ci məntəqəyə qədər yolu dəf etməli olacaq. Onların kart balansından pul isə sonuncu keçiddə çıxılacaq. Digər keçidlər isə adi keçidlər sayılır.

Bu yoldan istifadə edən sürücülər avtomobilinin alın şüşəsinə Cipli kart yapışdıracaq. Keçidlərdə quraşdırılan avadanlığın içərsindəki xüsusi sistem buradan hərəkət edən həmin nəqilyyat vasitəsini dərhal tanıyacaq.

Yol, turizm və kənd təsərüfatı üçün də əlverişli zəmin yaradacaq.

Anar Nəcəfli - AYDA-nın mətbuat katibi: "Yeni avtomobilin tikilməsi ölkədə nəqliyyatın daha da yaxşılaşdırılması ilə yanaşı bölgədə turizmin inkişafına təkan verəcək və dəhlizlə yük daşınmasına əsas rol oynayaraq ölkənin iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkaşafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində bir çox sosial problemlərin həllinə də şərait yaradacaq".

Yeni magistral avtomobil yolundan istifadə üçün hələ ki, konkret tarif müəyyən edilməyib. Bununla bağlı təkliflər artıq Nazirlər Kabinetinə göndərilib.

Qeyd edək ki, Bakı-Quba-Rusiya ödənişli avtomagistralın ümumi uzunluğu 150 km olacaq. Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Digər işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

 

 
 
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”

Xəbər lenti