|
Ukrayna Nazirlər Kabineti ölkədə koronavirusla bağlı karantin müddətini noyabrın 1-dək uzadıb. Bu barədə Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Müzakirələr zamanı qeyd olunub ki, Ukraynada getdikcə koronavirusa yoluxma hallarında vəziyyət pisləşib. Ona görə də karantin müddətinin uzadılması qaçılmazdır.
Qeyd edək ki, Ukraynada karantin müddəti avqustun 31-dək uzadılmışdır. (AZƏRTAC )