“90-cı illərdə qızların 70 faizi fahişə olmaq istəyirdi”
“Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovun Antalyada qətlə yetirilməsi səs-küysüz ötüşməyib. Artıq bir neçə gündür ki, insanlar ölkənin siyasi sferasında baş verən hadisələrlə yanaşı, kriminal mövzunu da gündəmdən saxlayırlar. Hətta YouTube trendinin ilk sıralarında uzun müddətdir ki, Lotu Quli ilə bağlı videolar yer alır.

Maraqlıdır, insanların kriminal avtoritetlərə böyük maraq göstərmə səbəbi nədir?

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev açıqlamasında bildirib ki, bu tip mövzulara böyük simpatiya ola bilməz. Kriminal avtoritetlərə hazırkı marağın səbəbi isə məsələ ətrafında çoxlu yazıların yazlmasıdır:

“Həm mətbuat, həm sosial şəbəkələr o qədər yazıb ki, hər kəs bunu oxuyub bilmək istəyir. Amma böyük bir simpatiya ola bilməz. Çünki hələ 90-cı illərdə ümummilli lider Heydər Əliyev sabiq daxili işlər naziri Ramil Usubova göstəriş vermişdi ki,  Azərbaycanda kriminal avtoritet qalmamalıdır. Bunu mənə nazir özü danışıb. Deyiləni yerinə yetirdilər və o vaxtdan Azərbaycanda kriminal avtoritetlər qalmayıb. Ona görə də hazırda bu barədə nə qədər çox yazılsa, o qədər də maraq olacaq. Bu, elə mövzudur ki, hamıda maraq oyadır, Sovet vaxtında da belə maraq olub. İntriqalar insana maraqlı gəlir, düşünürlər ki, görəsən, hansı səbəblə, necə baş verib?! Xüsusi bir dünyadır və bu dünya insanları cəlb edir. Amma hər kriminal əhvalatların arxasında insanlar durur, faciələr dayanır”.

Çingiz Abdullayev qeyd edib ki, bəzən insanlar özləri də istəmədən mövzunu reklam edirlər:

“Bu kimi təbliğatlar olanda qız və oğlanlar fikirləşir ki, bunların həyatı çox gözəldir, hər kəs onlardan qorxur, heç nə etmirlər, amma çox yaxşı yaşayırlar… 1990-cı illərdə Rusiyada sorğu keçirəndə qızların 70 faizi fahişə, oğlanların isə 70 faizi killer olmaq istədiklərini bildirirdilər. “Sən kim olmaq istəyirsən?”,- deyə sual verilirdi, qızlar deyirdi ki, mən “valyutnı” fahişə olmaq istəyirəm. Axı belə olmaz. Mən hər kitab yazanda birinci növbədə  kitabın insanları yaxşılığa çağırmasına fikir verirəm”.

Həmsöhbətimiz kriminal mövzuya iki cür yanaşmanın olduğunu vurğulayıb:

“Bəziləri belə mövzulara toxunur ki, sensasiya olsun, tirajları artsın. Bəziləri isə bunları tənqid  etmək məqsədi ilə yazırlar, bildirirlər ki, bu yolun sonu faciədir, belə olan halda, onlar cəmiyyətə yaxşı mesaj ötürür. Mənim kitablarım niyə 32 dilə tərcümə olunub?  Hamısı  dəli deyillər ki… Deyək ki, Azərbaycanda mənlə maraqlanırlar, bəs Argentina, yaxud Çində niyə məni oxuyurlar?Ona görə ki, mən insanları tərbiyə etməyə çalışıram. İnsanlara Allahın var olduğunu göstərmək istəyirəm.  Bəziləri isə insanı iblis olmağa çağırır”.

05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI
05 May 2025 Aeroport yolunda sürət həddi bərpa edildi
03 May 2025 Bakı metrosunda interval BİR DƏQİQƏ olacaq - RƏSMİ
03 May 2025 Ziyafət Əsgərov oğlu ilə bağlı ona şikayət edibmiş - Müəllimi də döyüb...
03 May 2025 Sabah Bakıda bu yollar tam bağlanacaq
02 May 2025 28 May stansiyası bağlanır? - Məsələyə nöqtə qoyuldu
01 May 2025 PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşir
01 May 2025 Qazaxın azad olunan kəndlərinin tikintisinə BAŞLANILIR
01 May 2025 Bəzi vəkillər cəzalandırıldı, fəaliyyətləri dayandırıldı- Rəyasət Heyətinin qərarı
01 May 2025 Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib
01 May 2025 Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb
30 Aprel 2025 Əsrin Yaşayan Səssiz Şahidi: Biləcəri Yol Sahəsinin Binası Tarix və Mədəniyyət Abidəsi Kimi Qorunacaq
30 Aprel 2025 Saatlıq iş rejiminə keçid maaşlara belə təsir edəcək – VİDEO
30 Aprel 2025 Bu çağırışçılar və hərbi vəzifəlilərlə bağlı sanksiyalar sərtləşdirilib
30 Aprel 2025 Şəhidin qardaşının köməyə ehtiyacı var - “70-100 min pul istənilib”

Xəbər lenti