Rusiyanın “Mash” “Telegram” kanalının jurnalisti Xankəndində olub, şəhərdəki son vəziyyət barədə reportaj hazırlayıb. Oxu.az xəbər verir ki, jurnalist Xankəndinin mərkəzi stadionunda baş çəkib, lakin orada məsul şəxslərdən kimsənin qalmadığının şahidi olub.
Reportyor şəhərdə fəaliyyət göstərən mobil şəbəkənin tamamilə sıradan çıxdığını, işıqforların belə işləmədiyini vurğulayıb.