Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Əli Nurun oğlu İkinci Fəxri Xiyabanda dəfn ediləcək.

Bu barədə "Ölkə.Az"-a teatrın truppa müdiri Elnur Məmmədov məlumat verib:

"Dəfn mərasimi yaxın saatlarda başlamalıdır. Ancaq dəqiq vaxtı biz də bilmirik. Çünki cənazə hələ yoldadır".

Qeyd edək ki, Xalq artisti Əli Nurun oğlu, baş leytenant Rövşən Nurzadə noyabrdın 6-da Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Xəbər lenti