Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə yanvarın 12-də KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin vebinar iclasında iştirak edib.

Bu barədə QMİ-nin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, KAİCİİD Təşkilatının Baş Katibi Feysal bin Müəmmarın giriş sözü ilə açılan vebinar yeni ilin ilk iclası olaraq ötən ilin yekunlarına və qarşıda duran fəaliyyətlərlə bağlı fikir mübadiləsinə həsr olunub.  Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in doqquz nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə vebinarda çıxış edib.

 

Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını iştirakçıların diqqətinə çatdıran Şeyxülislam 2020-ci ilin dünya birliyi, bəşəriyyət üçün ciddi sınaqlar ili olduğunu, hələ də qalmaqda olan pandemiyanın, özünün məcburi məhdudiyyət tədbirləri ilə bilavasitə ünsiyyət və təmaslarımızın qarşısını aldığını, ictimai-mədəni tədbirlərin, o cümlədən, kütləvi dini mərasim və ayinlərin təxirə salındığını qeyd edib.

A.Paşazadə həyata keçirilən fəaliyyətləri davam etdirərək müasir ünsiyyət imkanları vasitəsilə dialoq qurmaqla zəmanənin çağırışlarına uyğun cavab vermək, dəyərlər ətrafında cəm olaraq ümumbəşər səciyyəli problemləri birgə müzakirə imkanlarının səngimədiyini diqqətə çatdırıb.

A.Paşazadə 2021-ci ilin bütün dünyada, yaşadığımız bölgələrdə əmin-amanlıq, sabitlik və rifah ili olması üçün uca yaradana dualar edib. 

Şeyxülislam qeyd edib ki, bu gün sülhün qorunması probleminin həllində, beynəlxalq müstəvidə ədalətin təminində, habelə terror, ksenofobiya, antisemitizm, islamofobiya, xristianofobiya, ekstremizm və radikalizmin, irqçilik, neofaşizm təzahürlərinin, nifrətə çağırışların qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərar olması üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı hər zamankından daha vacibdir.

QMİ sədri ötən il ərzində pandemiyaya baxmayaraq böyük uğurlara imza atan KAİCİİD təşkilatının bu yöndə səylərini bundan sonra da davam etdirəcəyini bildirib.

Vebinarda yeni təqvim ilində pandemiyanın fəsadlarına rəğmən insanların ümid və daha böyük səylə fəaliyyətlərini davam etdirmələri, mənəvi dəyərlərə istinadən bütün problemlərin öhdəsindən gəlmələri üçün dualar edilib.

 

 
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti