Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azalmağa başlayıb. Təkcə yanvarın 25-nə olan statistik məlumata görə, ölkədə 57 yeni yoluxma faktı aşkar olunub, 11 nəfər isə virusdan dünyasını dəyişib. Bununla belə, bəzi mütəxəssislər qeyd edir ki, ölkədə yanvarın 25-dən etibarən sərt karantin rejimində edilən yumşalmalar gündəlik yoluxma sayını yenidən artırmış olacaq.
 
Hətta iddialar səslənir ki, fevralın sonu və yaxud aprelin əvvəlində yenidən ölkədə sərt karantin rejimi tətbiq oluna bilər. Bəs bu iddialar nə dərəcədə özünü doğrulda bilər? Daha bir məsələ, məlum olduğu kimi, ölkədə yanvarın 18-dən etibarən vaksinasiya prosesi başladılıb. Lakin bu günə qədər vaksinasiya prosesinin gedişatı, vaksin olunanların sayı nədənsə açıqlanmır. Halbuki  digər ölkələrdə, o cümlədən yanvarın 13-dən vaksinasiya prosesinə başlayan qardaş Türkiyədə bu məsələ şəffaf şəkildə təqdim olunur. Məsələn, ötən həftə Türkiyə rəsmiləri ölkədə 1 milyondan çox səhiyyə işçisinə vaksin vurulduğunu açıqlamışdı.
 
Bəs Azərbaycanda bu məsələ niyə şəffaf deyil? Tibb elmləri doktoru, professor Adil Qeybulla bu və digər suallarla bağlı bağlı danışıb: 
 
"Bəli, yoluxanların sayı xeyli azalıb. Rəqəmlər statistik olsa da deyə bilərəm ki, apardığımız müşahidələr də onu göstərir ki, xəstəlik kəskin azalıb. Belə ki, kompüter tomoqrafiyaya müraciət edənlərin sayı kəskin azalıb”.

Professor "fevralın sonu və yaxud aprelin əvvəlində sərt karantin rejimi yenidən qayıda bilər” iddialarına isə bu cür şərh bildirdi:
 
"Bu o halda ola bilər ki, yoluxma sayında yenidən hər hansı bir artım olsun. Lakin unutmayaq ki, vaksinasiya da davam edir. Vaksinasiya aktiv həyata keçirilərsə, yoluxmalar daha da azalar. Fevralın sonuna qədər sosial sahələrin hamısında yumşalmalar mümkün deyil. Hər halda, karantin rejimi qalacaq, yəni karantin davranışlarına əməl etmək qaydaları davam edəcək. Ola bilər ki, böyük ticarət mərkəzlərinin də fəaliyyətləri bərpa olunsun, lakin karantin davranışlarına riayət etmək şərti ilə. Bununla da aprelin əvvəlinə sərt karantin rejimi olacağını proqnozlaşdırmıram.  Əlbəttə ki, sabotaj olarsa, hər bir şey baş verə bilər”.

Adil Qeybulla qeyd etdi ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da vaksinasiyalarla bağlı statistika şəffaf olmalıdır:
 
"Periodik rəqəmlər mütəmadi olaraq açıqlanmalıdır. Dünya xəstəliklərinə nəzarət və profilaktika mərkəzləri bu məsələni diqqətlə izləyir, vaksinasiyadan sonrakı bütün problemləri qeydə alırlar. Ona görə də vaksinasiya prosesinin statistikası, gedişat prosesi tamamilə şəffaf olmalıdır”.

 "Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov da qeyd etdi ki, karantin rejimində yumşalmalar olsa da, karantin qaydalarına mütəmadi əməl etmək vacibdir:
 
"Hər halda, virus bizimlə davam edirsə, bütün tədbirlər öz aktuallığını saxlayır. Əvvəlki kimi yenə maska taxmaq, sosial məsafə saxlamaq, əllərin dezinfeksiyası, gigiyena məsələlərinə əməl etməliyik. Son rəqəmlər xeyli ürəkaçan, sevindiricidir. Karantin rejimi başlayanda, SMS icazəsi tətbiq olunanda da qeyd edirdik ki, zaman-zaman yoluxma sayları enəcək. Hər halda, görülən tədbirlər, insanların məsələyə daha anlayışlı, məsuliyyətli yanaşması, tələblərə əhəmiyyətli dərəcədə əməl etməsi bu nəticəni ortaya qoyub. Lakin qeyd etdiyim kimi, virus hələ də bizimlədir. Dünyada virusun daha fərqli, daha öldürücü ştamlarının yayılmasından danışılır. Bu da onu göstərir ki, biz bundan sonra əldə olunan nəticələri qorumaq üçün xüsusi fəaliyyət göstərməliyik. Bu baxımdan hər bir vətəndaşdan daha da məsuliyyətli olmaq tələb olunur.

İnsanların psixoloji gərginliyi, iqtisadi problemləri, cəmiyyətin əvvəlki normal həyata qayıtmaq arzuları yönündə atılan addımlara görə ünsiyyət çoxalacaq. Məlum olduğu kimi, fevralın 1-dən kafe və restoanlar açılır, yəni ünsiyyət xeyli artacaq və bu da yoluxma ehtimalını da artırır. Əgər yoluxma artasa, aidiyyəti strukturlar yenidən sərt tədbirlər görmək məcburiyyətində qalacaq". (Musavat.com)

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti