“Biz alətlərlə məqsədləri qarışdırmamalıyıq. İnternetdən yanlış istifadə şagirdləri irəli aparmır”.

Oxu.az məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev Real Tv-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, uşaqları kompüter gözə zərər verdiyi üçün ondan uzaq salmaqla övladlarımıza daha çox ziyan vurmuş oluruq:

“Bunu təhsillə müqayisə edim. Mərkəzləşdirilmiş imtahanlar həm faydalıdır, həm də zərərli. Müəllimlərin işə qəbulu (MİQ) imtahanı şəffaflıq yaradır, korrupsiya hallarını aradan qaldırır, rəqabət yaradır. Amma, müəllimi öz kəndinə, məktəbinə göndərə bilməməyimiz, fərdi yanaşmanın olmaması baxımından zərərlidir. Ümumilikdə bu proses faydalıdır. Nə vaxtsa onu zərərləri faydalılığından çox olarsa, onu saxlamaq mümkün olmayacaq”.

Nazir qeyd edib ki, texnologiyalar faydalıdır və biz onları məktəbə gətirməliyik:

“Bu gün evlər texnologiyalar baxımından fərqlənir. Mən “touch screen”lə ilk təmasımı xatırlayıram. Amma bizim övladlarımız bunu xatırlamayacaq. Onlar texnologiyalar əsrində doğulur və evlərində müasir cihazlar var. Bizim valideynlər bəzi hallarda öz uşaqlarından aşağı nəticə gözləyirlər. Məsələn, deyirlər ki, uşaqlar altı yaşından hərfləri öyrənə bilərlər?

Uşaqlar hərfləri 3-4 yaşından da öyrənə bilər. Cihazlar isə bunu bir az da sürətləndirir. Texnologiyanın yaxşı və pis olması məsələsini yəqin ki yaxın onilliklərdə görəcəyik”.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti