İlkin məlumatlara əsasən, ölkə ərazisində qarlı hava şəraitinin fevralın 19-u gündüz saatlarınadək davam edəcəyi gözlənilir. Fevralın 19-dan gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, fevralın 17 və 18-də Bakıda və bölgələrdə hava şəraitinin dəyişiləcəyi, qar yağacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda yağıntıların güclü və intensiv olacağı gözlənilir.rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Onun sözlərinə görə, artıq qonşu ölkələrdə hava şəraitinin dəyişməsi müşahidə edilir, bəzi ərazilərdə qar yağır:

"Belə hava şəraitinin bu gün paytaxtda da müşahidə edilməsi gözlənilir. Artıq dağlıq rayonlarda qar yağması müşahidə edilir. Şahdağda artıq qarın hündürlüyü 4 sm-ə çatıb. Paytaxtda da bugün hava arabir yağıntılı olacaq. Bəzi yerlərdə sulu qar yağacaq, axşama doğru isə qara keçəcək".

G.Məmmədova deyib ki, bu gün paytaxtda güclü şimal-qərb küləyi əsəcək. Küləyin maksimal sürəti 15-20, arabir 23-25, axşama doğru isə yarımadanın bəzi yerlərində 28-30 metr/saniyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə artıq 5-10 dərəcə aşağı enib. Günorta saatlarında temperaturun 1-3 dərəcədən yüksək olacağı gözlənilmir.

Direktor əlavə edib ki, sabah da bölgələrdə, eləcə də Bakıda qarlı hava şəraiti davam edəcək. Sabah Bakıda fasilələrlə sulu qar və qar yağacaq. Güclü şimal-qərb küləyi gecə və səhər saatlarında müşahidə olunacaq. Günortadan sonra küləyin tədricən mülayimləşəcəyi proqnozlaşdırılır. Fevralın 19-da gün ərzində Bakıda, eləcə də bölgələrdə hava şəraitində sabitlik yaranacaq, hava əsasən, yağmursuz keçəcək. mülayim cənub küləyi əsəcək.

10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq
08 May 2025 Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO
08 May 2025 Onları ziyarət etdi
07 May 2025 Mayın 8-də hava necə olacaq?
07 May 2025 Bakı-Moskva reysi gecikir - Hindistana reys təxirə salındı
07 May 2025 Sabah pensiyalar ödəniləcək
06 May 2025 “Moody’s” ADY-nin kredit reytinqini yüksəltdi
06 May 2025 Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
05 May 2025 Kimlər pulsuz mənzil ala bilərlər? - AÇIQLAMA
05 May 2025 ADY Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən xeyriyyə məqsədli Bakı Marafonunda iştirak edib
05 May 2025 ADY konteyner daşımalarını 50%-dən çox artırıb
05 May 2025 Sabahdan məktəb və müəllim seçimi başlayır
05 May 2025 Teymur Musayev: Dərman ekspertizası 90 günə endirildi
05 May 2025 Bakıda bu yollarda tıxac var - SİYAHI

Xəbər lenti